Umudlu İ.
Dünyaya aktyor olmaq
üçün gəlmişdi
Dünənin
səhnə əfsanəsi İsmayıl Dağıstanlı
qızı Lamiyə İsmayılın sözlərində
İsmayıl Dağıstanlı
- dünənin teatr əfsanəsi, kinolarımızda
yaddaqalan obrazların ifaçısı, adı böyük
hərflərlə yazılan bir aktyor, yaşlı nəslin
səhnə nostalgiyası... Qızı, dəyərli
hekayələr müəllifi kimi
tanıdığımız Lamiyə İsmayıl atası,
bu son dərəcə maraqlı bir öınür
yaşamış insan haqqında onun keçdiyi yola
işıq salan "Mən aktyoram!" adlı kitab
nəşr etdirmişdir.
Lamiyə xanım
belə bir kitabı məhz özünün yazmasını
belə əsaslandırır ki, daim valideynləri ilə bir
ycrdə yaşayıb, onlar bir valideyn olmaqdan başqa, həm
də dost olublar və deyir ki, atasını ondan yaxşı
tanıyan bir başqası yoxdur: "Atamın həyatı
haqqında düşünəndə bir aforizm yadıma
düşür: "Aktyorluq peşə dcyil, diaqnozdur".
O, dünyaya aktyor olmaq üçün gəlmişdi. Mən
hətta belə düşünürəm ki, tale onun iki
əlindən tutaraq lazımlı pillələrlə
aparıb düz teatr səhnəsinə çıxarıb.
Çünki onun başına gələnlər bir
məqsədi güdürdü - o aktyor olmalıdır və
ömrünün axırına kim şərəflə deməlidir:
"Mən aktyoram".
Hələ ibtidai
məktəbin birinci sinfində oxuyanda kənd uşaqları,
adına "artist" ləqəbi qoşublar. İlk
gənclik illərində Şəki teatrında kiçik
rollar ifa edib, bu istək onu 1926-cı ildə Bakı Teatr
Texnikumuna gətirib. Müəllimi, o zamanın məşhur
rcjissoru Aleksandr Tuqanov onun barəsində deyərmiş ki,
Şekspir surətlərini ifa etmək üçün
yaranmışdır. Ona "Dağıstanlı"
təxəllüsünü müəllimi
Əbdürrəhim bəy Haqverdiyev təklif edir: "Dağlar
yurdundansan". Beləcə, Qaxın Zərnə kəndindən
oxumağa gəlmiş İsmayıl Hacıyev
"Dağıstanlı" olur və bu soyadı
səhnə tariximizə qızıl hərflərlə
yazdırır.
Kitabdan oxuyuruq ki,
İ.Dağıstanlı birinci kursda ikən Cəfər
Cabbarlı ilə tamş olur. "Od gəlini"ndə
epizodik ərəb əsgər rolunu oynayır, rol Abbas
Mirzə Şərifzadənin (baş rolu - Elxanı ifa edirdi)
xoşuna gəlir və elə o vaxtdan həm texnikumda oxuyur,
həm də teatrda rollar ifa etməyə başlayır. Bu
illərdə Cabbarlı qəhrəmanları onun ifasında
özəl yer tuturdu. İsmayıl Dağıstanlı
Cəfər Cabbarlıya hörmət və
məhəbbətini sonralar "Cabbarlı və teatr"
monoqrafiyasında ifadə cdir.
30-cu illərdə
Hüseyn Cavid, 40-50-ci illərdə isə daha çox Mehdi
Hüseyn və Səməd Vurğunla - o çağın
həm də parlaq dramaturqları olan bu böyük insanlarla
dostluq edirdi. Bir gün Səməd Vurğun ona deyir ki, sən
azərbaycanlısan, bu "Dağıstanlı"
təxəllüsünü götür üstündən,
sənə çətinlik törədə bilər".
Amma o, müəllimi Əbdürrəhim bəyin verdiyi bu
təxəllüsə ömrünün sonuna kimi sadiq
qalır, "Qəribədir ki, heç kəs Rza
Əfqanlını - əfqanıstanlı, İsmayıl
Osmanlını - osmanlı kimi tanımırdı, amma
çoxları atamı bu təxəllüsünə
görə azərbaycanlı kimi qəbul etmək
istəmirdi", - deyə Lamiyə xanım yazır.
Demə atası
İ.Dağıstanlıya aktyor olmasını
bağışlamırmış.
1928-ci ildə Zaqatalada
ata-oğul təsadüfən görüşür. Atası
narazılıqla deyir: "Mən oğullarımı
savadlı mütəxəssislər kimi görmək istəyirdim".
Oğlu atasını
inandıra bilir ki, aktyorluq yüksək savad və qabiliyyət
tələb edən işdir və məhz kimlərlə
oturub-durduğunu sadalayır. Ata yumşalır:
"Yaxşı, elədirsə, pis başlamamısan,
belə də davam et!" Bu görüşdən az sonra
dünyasını dəyişən ata oğlunu tutduğu
yola görə bağışlamışdı.
"Ataın
həmişə öz sənətinə məhəbbətlə,
hörmətlə yanaşıb. O, sənəti ilə
fəxr edirdi... Bir dəfə də olsa, məşqə,
tamaşaya gecikməyib. Hətta tamaşaya bir saat qabaq gedirdi
ki, artist qrim otağında obraza girib səhnəyə
çıxmalıdır. Aylarla yeni tamaşa haqqında
düşünüb, o əhvalatlarla yaşayıb, ləzzət
alırdı" - kitabdan götürdüyümüz bu kimi
sətirlər bu böyük və gerçək aktyor obrazını
başa düşməyimizə bələdçilik edir.
1988-ci ildə
ömrünün 81-ci ilində dünyasını dəyişənədək,
demək olar, 50 il səhnədə çalışmış,
100-dən çox tamaşada iştirak etmişdir. Bu
rəqəmlərin arxasında bədiiyyatla dolu mənalı
bir ömür yaşanmışdı. Onun
canlandırdığı rollar, obrazlar qalereyası bu
səhnə fədaisini gözümüzdə
böyüdür. Lamiyə xanımın bu dəyərli
işi tək atasının xatirəsinə deyil,
ümumilikdə, teatr mədəniyyətimizə gözəl
və sayğılı bir töhfədir.
Ayna.- 2008.- 19 iyul.- S. 21.