Sə­nət alə­min­də mif­lə­şən akt­yor

 

Mə­də­niy­yət və in­cə­sə­nət alə­min­də, de­mək olar ki, hər sa­hə­də yük­sə­liş dövr­lə­ri ol­muş və hə­min il­lər qı­zıl dövr ki­mi qə­bul edi­lə­rək, hər za­man ta­ri­xin sə­hi­fə­lə­rin­də özü­nə yer qa­zan­dır­mış­dır. Bu sil­si­lə­yə da­xil olan sə­nət nü­mu­nə­lə­ri­nin hər bi­rin­də yük­sək pro­fes­sio­nal­lıq, sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri, ilk ola­raq, özü­nü bü­ru­zə ver­miş, ide­ya və məz­mun də­yər­lə­ri ba­xı­mın­dan mü­kəm­məl­li­yi ilə se­çil­miş­dir. Əsr­lər bo­yu in­ki­şaf­da olan sə­nət, de­mək olar ki, da­im no­va­tor­luq nü­mu­nə­lə­ri əsa­sın­da özü­nə yer qa­zan­mış­dır. Söz­süz ki, za­ma­nın, cə­miy­yə­tin tə­ləb­lə­ri­nə uy­ğun ola­raq, sə­nət alə­mi­nə ye­ni­lik­lər da­xil ol­ma­lı, məhz bu çər­çi­və­də ye­ni əsər­lə­rin tə­mə­li qo­yu­la­raq, ge­niş mə­kan­la­ra yol aç­ma­lı­dır. Azər­bay­can sə­nət ta­ri­xin­də no­va­tor­çu ki­mi ta­nı­nan ki­fa­yət qə­dər si­ma­lar var ki, on­la­rın dəs­ti-xət­ti sa­hə­sin­də ye­ni janr­da, üs­lub­da əsər­lər ya­ra­nır. Bu gün mə­də­niy­yət və in­cə­sə­nə­ti­miz­dən söz açar­kən, onu in­ki­şaf et­di­rən və ye­ni­lik­çi­lik ide­ya­la­rı ilə zən­gin­ləş­di­rən us­ta sə­nət­kar­la­rın is­mi ya­da dü­şür. Müx­tə­lif onil­lik­lər­də ye­ti­şən sə­nət­kar­lar sə­nət dün­ya­sın­da ya­ra­dı­cı po­ten­si­al­la­rı­nı or­ta­ya qo­ya­raq, onu düz­gün is­ti­qa­mət­lən­di­rib, bu aləm­də mö­hür­lə­ri­ni vur­ma­ğa na­il olub­lar. Bu gün haq­qın­da söh­bət aça­ca­ğı­mız sə­nət­kar Əli Qur­ba­nov­dur. Azər­bay­can ki­no və te­atr sə­nə­tin­də ya­rat­dı­ğı ob­raz­la­rı ilə nü­fu­za sa­hib olan Əli Qur­ba­nov ol­duq­ca zən­gin ya­ra­dı­cı­lı­ğa ma­lik olan akt­yor­lar­dan­dır. Bu gün sə­nət­ka­rın 110 ya­şı ta­mam olur. Əli Qur­ba­no­vun yu­bi­ley mü­na­si­bə­ti­lə ha­zır­la­dı­ğı­mız bu ki­çik ya­zı­da akt­yo­run ya­ra­dı­cı­lı­ğın­da­kı özü­nə­məx­sus­lu­ğa nə­zər sa­lıb, onun sə­nə­ti­nin in­ki­şa­fın­da­kı ro­lu ilə bağ­lı amil­lə­ri diq­qət­dən ke­çi­rə­cə­yik. Qəh­rə­man­la­rı­nın ta­le­yin­də ar­zu­la­ra qo­vu­şan akt­yor İlk ola­raq qeyd edim ki, Əli Qur­ba­nov 1898-ci ilin iyul ayın­da dün­ya­ya gəl­miş­dir. Sə­nət­kar akt­yor­luq fəa­liy­yə­ti­nə uşaq yaş­la­rın­da ma­raq gös­tər­di­yin­dən 16 ya­şın­da ikən 1914-cü il­də Tif­lis­də fəa­liy­yət gös­tə­rən te­atr hə­vəs­kar­la­rı trup­pa­sı­na da­xil ol­muş­dur. Bu­ra­da Əli Qur­ba­nov ye­ni­yet­mə­lik döv­rü­nü ya­şa­ma­sı­na bax­ma­ya­raq, Azər­bay­can dra­ma­tur­gi­ya­sın­da yer alan ta­ma­şa­lar­da müx­tə­lif ob­raz­la­rı can­lan­dır­mış­dır. Bu ob­raz­lar va­si­tə­si­lə sə­nət­kar da­xi­lin­də olan is­te­da­dı bü­ru­zə ve­rə­rək, qəh­rə­man­la­rı­nın ta­le­yi­nin işıq­lı bir şə­kil­də çat­dı­rıl­ma­sı­na na­il ol­muş­dur. Əli Qur­ba­nov şa­xə­li ya­ra­dı­cı­lı­ğın­da, ilk ola­raq, məhz bu te­atr­da uğur­la­rı­nın se­vin­ci­ni ya­şa­mış­dır. O, Tif­lis­də­ki Azər­bay­can te­at­rın­da Cə­lil Məm­məd­qu­lu­za­də­nin "Ölü­lər"in­də Ha­cı Hə­sən və Ha­cı Bax­şə­li, Nə­cəf bəy Və­zi­ro­vun "Mü­si­bət Fəx­rəd­din"in, Şah­mar bəy, Əb­dür­rə­him bəy Haq­ver­di­ye­vin "Da­ğı­lan ti­faq"ın­da Ca­vad ki­mi ol­duq­ca mü­rək­kəb psi­xo­lo­gi­ya­ya ma­lik, öz yaş həd­di­nə uy­ğun ol­ma­yan rol­la­rı ya­rat­mış­dır. Gö­rün­dü­yü ki­mi, bu ta­ma­şa­la­rın hər bi­ri Azər­bay­can klas­sik­lə­ri­nin ən məş­hur dram əsər­lə­ri­dir. Be­lə nü­fuz­lu ta­ma­şa­lar­da özü də baş ob­raz­lar­da ki­fa­yət qə­dər təc­rü­bə keç­mə­miş bir gən­cin uğur qa­zan­ma­sı və ya­ra­dı­cı­lıq po­ten­sia­lı­nın nü­ma­yiş et­dir­mə­si onun is­te­da­dın­dan xə­bər ve­rir. Müx­tə­lif tə­bə­qə­lə­ri təm­sil edən bu ob­raz­lar ya­ra­dı­cı in­sa­nın süz­gə­cin­dən ke­çə­rək, on­la­ra məx­sus olan xü­su­siy­yət­lər akt­yo­run jest və mi­mi­ka­sı­na da­xil ol­maq­la ya­na­şı, li­rik psi­xo­lo­ji amil­lə­ri ya­şa­ma­sı ba­xı­mın­dan da qəh­rə­man­la­rı­nın ya­şa­dı­ğı dövr və mü­hit­lə özün­də bir əla­qə ya­ra­da bil­miş­dir. Əli Qur­ba­nov məhz be­lə sə­nət­kar­lar­dan­dır ki, onun üçün ya­rat­dı­ğı ob­ra­zın düş­dü­yü mü­hit, qar­şı­laş­dı­ğı si­ma­lar nə qə­dər dra­ma­tik ol­sa da be­lə, on­la­rın öz yo­zu­mun­da ta­ma­şa­çı­ya təq­dim et­mək im­ka­nı da­xi­lin­də­dir. Sə­nət alə­min­də iz qo­yan Əli Qur­ba­no­vun ya­rat­dı­ğı Ca­vad və Ha­cı Hə­sən ob­raz­la­rı fər­di ifa tər­zi ba­xı­mın­dan bu gün də xa­tır­la­nır və onun bir əs­rə ya­xın za­man mə­sa­fə­sin­də­ki qəh­rə­man­la­rı təd­qi­qat­çı­lar tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ri­lir. Sə­nət ta­le­yi­nə ya­zı­lan xoş­bəxt­lik İlk sə­nət ad­dım­la­rı­nı Tif­lis­də­ki dram te­at­rın­da atan Əli Qur­ba­nov qı­sa bir müd­dət­də gös­tər­di­yi is­te­da­dın nə­ti­cə­si ola­raq 1925-ci il­də Azər­bay­can Döv­lət Dram Te­at­rı­na də­vət alır. Söz­süz ki, o il­lər­də te­at­rın nə­həng­lə­ri he­sab olu­nan sə­nət­kar­lar Əli Qur­ba­no­vun oy­na­dı­ğı ob­raz­la­rı ilə ta­nı­dıq­la­rın­dan onu bu sə­nət alə­min­də xoş ov­qat­la qar­şı­la­yır, akt­yor və tə­rəf-mü­qa­bi­li ol­maq­dan məm­nun­luq du­yur­du­lar. Qeyd edim ki, Əli Qur­ba­nov bu te­atr­da 150-dən ar­tıq ob­ra­zın ya­ra­dı­cı­sı­na çev­ril­miş, on­la­ra öz ba­xı­şın­dan ya­naş­mış­dır. Akt­yo­run bu sə­nət mə­bə­din­də ya­rat­dı­ğı Əb­dür­rə­him bəy Haq­ve­ri­ye­vin "Pə­ri ca­du"sun­da­kı Ni­yaz, Sü­ley­man Sa­ni Axun­do­vun "Eşq və in­ti­qam"ın­da­kı Pi­ri ba­ba, Sə­məd Vur­ğu­nun "Va­qif"in­də Vi­da­di, "Xan­lar"ın­da Əziz­bə­yov, "Fər­had və Şi­rin"də Azər ba­ba, Ən­vər Məm­məd­xan­lı­nın "Şər­qin sə­hə­ri" Sər­dar, İl­yas Əfən­di­ye­vin "Ba­har su­la­rı"nda Mə­dət, Vil­yam Şeks­pi­rin "Ham­let"in­də Klav­di, Na­zim Hik­mə­tin "Tür­ki­yə­də"sin­də Aşıq Hic­ra­ni ki­mi rol­la­rı Əli Qur­ba­no­vun klas­sik te­atr səh­nə­sin­də­ki ən uğur­lu ta­ma­şa­la­rı he­sab olu­nur. Hər ob­ra­zı öz di­lin­də dil­lən­dir­mə­yi ba­ca­rın akt­yor əsr­lər­lə özü ara­sın­da, məhz qəh­rə­man­la­rı va­si­tə­si­lə kör­pü ya­rat­mış­dır. Hər əs­rin qəh­rə­ma­nı ona müx­tə­lif ide­ya­la­rı təq­dim edib və bu məq­səd­lər çər­çi­və­sin­də çı­xış edən akt­yor ob­raz­la­rı­nı ta­ma­şa­çı mü­ha­ki­mə­si­nin ix­ti­ya­rı­na ve­rir­di. Bu qəh­rə­man­lar haqq sə­si­ni ucal­dan, is­tiq­la­liy­yət uğ­run­da mü­ba­ri­zə apa­ran, sırf müs­bət ob­raz­lar­dan iba­rət de­yil. On­la­rın sı­ra­sın­da za­man­la özü ara­sın­da uçu­rum ya­ra­dan və cə­miy­yət­də da­im bu­xov­lar içə­ri­sin­də özü­nü hiss edən in­san­la­rın da ta­le­yi can­la­nır. Be­lə bir zən­gin qa­le­re­ya­da akt­yor ki­mi özü­nü tap­maq ta­ma­şa­çı qar­şı­sı­na mü­kəm­məl ob­raz­lar­la çıx­maq Əli Qur­ba­no­vun sə­nət ta­le­yi­nə ya­zı­lan xoş­bəxt­lik idi. Hər də­fə ta­ma­şa­çı sev­gi­si, ta­ma­şa­çı al­qı­şı akt­yo­ru ye­ni-ye­ni ob­raz­lar ya­rat­ma­ğa da­ha da ruh­lan­dı­rır­dı. Cə­fər Cab­bar­lı ob­raz­la­rı­nın ya­ra­dı­cı­sı ki­mi ta­rix­də iz sal­dı Əli Qur­ba­no­vun gənc­lik döv­rü, o cüm­lə­dən, ya­ra­dı­cı­lı­ğı­nın ən par­laq il­lə­ri Cə­fər Cab­bar­lı­nın ya­şa­yıb-ya­rat­dı­ğı il­lə­rə tə­sa­düf olu­nur. O il­lə­rə ki, Cə­fər Cab­bar­lı te­at­rın ye­ni məz­mun­da olan sil­si­lə əsər­lə­ri­ni təq­dim edib və səh­nə­ləş­di­ri­lən bu dram­lar akt­yor nəs­li­nin ye­tiş­mə­si­nə bö­yük şə­ra­it ya­rat­dı. Çün­ki Cə­fər Cab­bar­lı­nın dra­ma­tur­gi­ya­sın­da olan sü­jet xət­ti akt­yo­run bü­tün im­kan­la­rı­nın üzə çı­xa­rıl­ma­sı­na şə­ra­it ya­ra­dır­dı. Əsə­rin dra­ma­tur­gi­ya­sın­da­kı enən-yük­sə­lən xət­lər, məhz akt­yor­la­rın səh­nə­də də­yiş­mə­si­nə və rol­dan-ro­la püx­tə­ləş­mə­si­nə doğ­ru yö­nəl­dil­miş­dir. Akt­yor­luq sə­nə­ti­ni gö­zəl bi­lən Cə­fər Cab­bar­lı ta­ri­xi, elə­cə də li­rik, dra­ma­tik, psi­xo­lo­ji əsər­lə­ri ilə Azər­bay­can pe­şə­kar te­at­rı­nın yük­sə­li­şi­nə ge­niş im­kan­lar aç­mış­dır. Dra­ma­tur­qun əsər­lə­rin­də mü­tə­ma­di ola­raq rol alan Əli Qur­ba­nov bu və ya di­gər ta­ma­şa­lar­la zən­gin ir­sə ma­lik ol­du­ğu­nu bir da­ha təs­diq­lə­di. Qeyd edim ki, Əli Qur­ba­nov Cə­fər Cab­bar­lı­nın "Ay­dın"ın­da Mir­zə Ca­vad və Döv­lət bəy, "Od gə­lin"in­də Ya­nar­dağ və Rə­bi, "Se­vil"in­də Məm­mə­də­li bəy, "Oq­tay Eloğ­lu"nda Ha­cı Za­man və baş­qa rol­la­rı oy­na­dı, ob­raz­la­rın ya­ra­dı­cı­sı ki­mi ta­rix­də iz sal­dı. Bu ob­raz­lar­da Əli Qur­ba­no­vun ifa­sı­na gəl­dik­də, qeyd edək ki, onun oyu­nun­da də­rin rea­lizm, ka­mil­lik, mil­li ka­lo­rit əsas xü­su­siy­yət ki­mi diq­qə­ti cəlb edib. Əli Qur­ba­nov is­mi Əli Qur­ba­nov te­atr səh­nə­sin­də da­im öz üzə­rin­də iş­lə­yə­rək püx­tə­ləş­miş akt­yor­lar­dan idi. Onun ya­ra­dı­cı­lıq po­ten­sia­lı­nı gö­rən re­jis­sor­lar, de­mək olar ki, Mil­li Dram Te­at­rın­da ta­ma­şa­ya qo­yu­lan bü­tün ta­ma­şa­lar­da Əli Qur­ba­no­va rol ver­miş­di­lər. Qeyd edək ki, Əli Qur­ba­no­vun sə­nət alə­min­də­ki ro­lu­nu tək­cə te­atr fəa­liy­yə­ti ilə ye­kun­laş­dır­maq müm­kün de­yil. Be­lə ki, Əli Qur­ba­nov Azər­bay­can ki­no sə­nə­ti ta­ri­xin­də də ki­fa­yət qə­dər rol­lar ya­rat­mış­dır. Onun Azər­bay­can ki­no­sun­da xü­su­si yer alan "Ha­cı Qa­ra", "Al­mas", "Ye­ni Ha­ri­zont", "Sə­bu­hi", "Qız­mar gü­nəş al­tın­da", "Mah­nı ne­cə ya­ra­nır", "Bir qa­la­nın sir­ri" və di­gər film­lər­də­ki yad­da­qa­lan ob­raz­la­rı Əli Qur­ba­no­vun sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­ni bir da­ha qa­ba­rıq şə­kil­də təq­dim edir. Bu ob­raz­lar qa­le­re­ya­sın­da Əli Qur­ba­no­vun pe­şə­kar­lı­ğı ilə ya­na­şı, sə­nət yan­ğı­sı, sə­nət sev­gi­si özü­nü bü­ru­zə ve­rir. Əgər Azər­bay­can te­atr və ki­no­su­na on­da mə­həb­bət his­si bu sə­viy­yə­də ol­ma­say­dı, Əli Qur­ba­nov bir-bi­rin­dən fərq­lə­nən bu say­da rol­la­rı biz­lə­rə təq­dim edə bil­məz­di. Sə­nə­tə mü­qəd­dəs­lik ba­xı­mın­dan ya­na­şan akt­yor elə sə­nət alə­min­də də mif­lə­şən si­ma­lar sı­ra­sın­da yer qa­zan­dı. Tab­lo­lar­da giz­lə­nən dü­şün­cə Tür­ki­yə­nin Ça­naq­qa­la şə­hə­rin­də­ki 18 Mart Uni­ver­si­te­ti­nin mü­əl­li­mi Va­hid Nov­ru­zo­vun ye­ni ki­ta­bı çap­dan çıx­mış­dır. Ye­ni nəş­rə mü­əl­li­fin yağ­lı bo­ya, su­lu bo­ya və pas­tel əsər­lə­ri­nin rep­ro­duk­si­ya­la­rı da­xil edi­lib. Nəşr olu­nan əsər mü­əl­li­fin Tür­ki­yə­də ya­şa­yıb-ya­rat­dı­ğı 8 il­lik ya­ra­dı­cı­lıq döv­rü­nün he­sa­ba­tı ki­mi qiy­mət­lən­di­ri­lir. Azər­bay­can şai­ri, 18 Mart Uni­ver­si­te­ti­nin mü­əl­li­mi Məm­məd İs­ma­yıl ki­ta­ba ön söz yaz­mış­dır. Şa­ir mü­əl­li­fin ya­ra­dı­cı­lı­ğı­nı xa­rak­te­ri­zə edə­rək, Va­hid Nov­ru­zo­vun ya­ra­dı­cı­lı­ğın­da­kı bə­zi mə­qam­la­rı qeyd et­miş­dir. Be­lə ki, Məm­məd İs­ma­yıl onun rəs­sam ki­mi ya­ra­dı­cı­lıq tə­xəy­yü­lü­nün məx­su­si ol­du­ğu­nu bil­dir­miş­dir. O, qeyd et­miş­dir ki, han­sı­sa bir rəs­sam Ça­naq­qa­la­da şöh­rət qa­zan­maq üçün rəs­sam­lıq yox, fo­toq­raf­lıq edər, hər in­sa­nın gö­rə bi­lə­cə­yi mən­zə­rə­lə­ri sə­nət adı al­tın­da nü­ma­yiş et­di­rər­di. "Am­ma Va­hid Nov­ru­zov hə­qi­qi sə­nət­ka­rın gö­rə­cə­yi çə­tin işi se­çib. Onun hər əsə­ri bir-bi­ri­ni ta­mam­la­yan abs­trakt qat­lar­dan iba­rət­dir və hər tab­lo­da bir de­yil, bir ne­çə dü­şün­cə giz­lə­nir. Bu sir­lə­ri aç­maq üçün iti ağıl, pro­fes­sio­nal ba­xış la­zım­dır"- fi­kir­lə­ri­ni gi­riş­də ifa­də edən şa­ir bu əsə­rin Tür­ki­yə­də ça­pı­nı rəs­sa­mın uğu­ru ki­mi də­yər­lən­dir­miş­dir. Qeyd edək ki, 1964-cü il­də To­vuz ra­yo­nun­da ana­dan olan Va­hid Nov­ru­zov Ə.Əzim­za­də adı­na Rəs­sam­lıq Mək­tə­bi­ni və İn­cə­sə­nət Aka­de­mi­ya­sı­nı bi­ti­rib. 2000-ci il­də Tür­ki­yə tə­rə­fi­nin də­və­ti ilə Ça­naq­qa­la 18 Mart Uni­ver­si­te­tin­də iş­lə­mə­yə ge­dib. İn­di­yə qə­dər Tür­ki­yə­nin müx­tə­lif şə­hər­lə­rin­də və Av­ro­pa­da fər­di sər­gi­lər açıb, qrup sər­gi­lər­də iş­ti­rak edib. V.Nov­ru­zov Tür­ki­yə­də tab­lo­la­rı ba­ha qiy­mə­tə sa­tı­lan bir ne­çə azər­bay­can­lı rəs­sam­dan bi­ri­dir.

 

Səs.- 2008.- 3 iyul.- S. 12.