"Ağ və Qara"dan sonra...
Akademik Opera və Balet Teatrının
səhnəsində “Ağ
və Qara” baletinin təqdimat mərasimi keçirilib. Xəyyam
Mirzəzadəyə aid balet
tamaşaçılara ilk olaraq
səkkiz il
bundan əvvəl göstərilib. Bu müddət ərzində
tamaşa teatrın səhnəsində mövsümdə
bir neçə dəfə nümayiş etdirilsə də, son iki ildə bu
balet nümayiş olunmayıb.
Baletin yenidən səhnəyə
qayıtması musiqiçilərin
sevincinə səbəb
oldu. Məsələn, baletin
fortepiano partiyasını ifa
edən Bakı Musiqi Akademiyasının dosenti Kəmalə Neymanova tamaşanın çox zəngin və dərin musiqi əsəri olduğunu bildirib: «Mən bunu ifa
edəndə böyük
məmnunluq hissi keçirdim. Təəssüf
ki, biz çox az məşq
etmişdik, buna baxmayaraq, çox çalışdım. X.Mirzəzadənin musiqilərində çoxlu
incəliklər, dərinliklər
var ki, onları
duya bilirəm. Xoreoqrafik baxımdan tamaşa gözəl düşünülmüşdü.
Hər şey canlı və müasir idi».
Baletmeystr Pulumb Aqilıu isə baletin xoreoqrafiyasının doğrudan
da, effektli və maraqlı olduğunu, «Ağ və Qara» baletində
bir neçə prelüdü dəyişdiyini
vurğuladı. Baletin nümayişindən sonra
təəssüratlarını bölüşən bəstəkar
Xəyyam Mirzəzadə
əsərin ona uğur gətirdiyini bildirdi: «Baletin yeni versiyası çox uğurlu alındı. Sonuncu tamaşada Pulumb
Aqilıu ilə belə qərara gəldik ki, rəqqasların sayını
azaldaq. Çünki onlar səhnədə
bir-birlərinə mane olurdular.
Düzdü, artistlər, sona
qədər bir-birlərinə
öyrəşməsələr də, növbəti «Ağ və Qara» daha maraqlı
alınacaq. Mən tamaşadan
çox razıyam.
Tamaşa iki ildir ki, oynanılmırdı.
Balet
2000-ci ildə tamaşaya
qoyulub və cəmi üç mövsüm teatrın səhnəsində təqdim
olunub».
Mədəniyyət.- 2008.- 3 iyul.- S. 3.