Dü­şü­nən və dü­şün­dü­rən akt­yor, qüd­rət­li sə­nət fə­dai­si

 

Azər­bay­can xal­qı­nın bö­yük sə­nət­ka­rı Ab­bas Mir­zə Şə­rif­za­də­nin adı XX əs­rin mü­ha­fi­zə­kar döv­rün­də sə­nə­tə gəl­miş, bö­yük tab­lo­lar, sərt bo­ya­lar us­ta­sı ki­mi te­atr ta­ri­xin­də əbə­diy­yə­tə qo­vuş­muş­dur. Bu gün onun və­fa­tın­dan 170 il ötür. Ab­bas Mir­zə Şə­rif­za­də­nin bö­yük səh­nə fəa­liy­yə­tin­dən bir ne­çə val və bir ne­çə səs­siz ki­no­kadr­lar­dan baş­qa, heç nə qal­ma­sa da, akt­yo­run adı çə­ki­lən­də göz önün­də nə­həng sə­nət­kar can­la­nır. Bu nə­cib in­san, na­dir sə­nət­kar Ab­bas Mir­zə Şə­rif­za­də­dir. Onun sə­nə­tin­də­ki pa­fos, ro­man­ti­ka fik­rin, emo­si­ya­nın də­rin­li­yin­dən, bö­yük­lü­yün­dən ya­ra­nır­dı.
   Bö­yük sə­nət­ka­rı ilk də­fə səh­nə­yə te­atr alə­mi­nə ya­xın olan əmi­si Mir­zə Məm­məd­ta­ğı hə­vəs­lən­dir­miş­dir. Hə­lə o, mək­təb­li ikən hə­vəs­kar te­atr ta­ma­şa­la­rı­nın iş­ti­rak­çı­sı ol­muş­dur. 1908-ci il­dən ta­le­yi­ni te­at­ra bağ­la­yan Ab­bas Mir­zə Şə­rif­za­də ilk də­fə səh­nə­də "Zo­rən tə­bib" ta­ma­şa­sın­da Lal qız ro­lun­da çı­xış et­miş­dir. Çox çək­mə­di ki, Ab­bas Mir­zə Ərəb­lins­ki mək­tə­bi­nin şa­gir­di və da­vam­çı­sı ki­mi şöh­rət tap­dı. Ab­bas Mir­zə Şə­rif­za­də 1910-cu il­dən "Sə­fa" və "Ni­cat" xey­riy­yə cə­miy­yət­lə­ri­nin te­atr trup­pa­la­rın­da çı­xış et­miş, 1913-cü il­dən Azər­bay­ca­nın ra­yon­la­rı­na, Or­ta Asi­ya, Şi­ma­li Qaf­qaz, Vol­qa­bo­yu və İra­na qast­rol sə­fər­lə­ri­nə çıx­mış­dır. Ab­bas Mir­zə Şə­rif­za­də Ba­kı­da ya­ra­nan "Mü­səl­man ar­tist­lə­ri it­ti­fa­qı"na sədr se­çil­miş­dir. O, it­ti­fa­qın nəz­din­də te­atr stu­di­ya­sı ya­rat­maq­la, Azər­bay­can­da te­atr təh­si­li sa­hə­sin­də ilk tə­şəb­büs gös­tər­miş­dir. Çox­şa­xə­li ya­ra­dı­cı­lıq im­kan­la­rı­na ma­lik olan Ab­bas Mir­zə Şə­rif­za­də 1916-cı il­də Üze­yir və Zül­fü­qar Ha­cı­bə­yov qar­daş­la­rı­nın trup­pa­sı­na re­jis­sor ki­mi də­vət olun­muş­dur. Çox keç­mir ki, o, dram və ope­ra, te­atr və ki­no səh­nə­sin­də mə­ha­rət­li re­jis­sor ki­mi ta­nı­nır. Sə­nət­kar Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­nın baş re­jis­so­ru ol­muş, "Əs­li və Kə­rəm", "Aşıq Qə­rib" və "Şah İs­ma­yıl" ki­mi ope­ra­la­rı­nı ta­ma­şa­ya qoy­muş­dur. Bü­tün bun­lar­la ya­na­şı, hər şey­dən əv­vəl, o, akt­yor idi. Te­atr ta­ri­xin­də, ilk ön­cə, te­atr akt­yo­ru ki­mi da­xil ol­muş­dur. Akt­yor mil­li və klas­sik dra­ma­tur­gi­ya­da, müa­sir və ta­ri­xi pyes­lər­dən müx­tə­lif səp­ki­li rol­la­rın ifa­çı­sı­dır. Akt­yo­run te­atr­da ya­şa­dı­ğı ob­raz­la­rın ək­sə­riy­yə­ti bir əsas möv­zu çər­çi­və­sin­də cəm­lə­nir. On­lar bö­yük in­san səa­də­ti­ni ax­ta­rır, onu so­raq­la­yır, gə­zir. O, möv­zu çər­çi­və­sin­də top­la­nan Pər­viz, Ga­və, Ok­tay, Sə­nan, Kral, Ham­let, El­xan, Si­ya­vuş ki­mi ob­raz ya­rat­maq­la müx­tə­lif tə­bi­ət­li in­san­la­rın hər bi­ri­ni fərd ki­mi dərk et­mə­yi və hər bir ştri­xi öz alə­min­dən, öz fər­di fəa­liy­yə­tin­də tə­cəs­süm et­dir­mə­yi gö­zəl ba­ca­rır­dı. Bu ob­raz­la­rın ha­mı­sı hə­qi­qət ax­tar­sa da, ey­ni gə­lə­cə­yə ba­xıb, ey­ni gə­lə­cək­dən xə­bər ver­sə də, bu hə­qi­qət ax­ta­rı­şı hər ob­ra­zı özü­nə­məx­sus məz­mun­da, for­ma­da can­lan­dı­rır, mə­na­lan­dı­rır­dı. Mə­lum­dur ki, dün­ya te­at­rın­da Ham­let ro­lu­nun müx­tə­lif ifa­çı­la­rı ol­muş­dur. Ab­bas Mir­zə Şə­rif­za­də­nin ya­rat­dı­ğı Ham­let ob­ra­zı bun­la­rın heç bi­ri­nə bən­zə­mir. Onun ifa­sın­da Ham­let re­al və can­lı ol­du­ğu qə­dər, mü­rək­kəb bir var­lıq­dır. Ham­let mü­tə­fək­kir ol­du­ğu qə­dər də mü­ba­riz­dir. O, uca mə­nə­viy­ya­ta, qüv­və­tə, ru­ha ma­lik bir ob­raz­dır. Onun ke­çir­di­yi zə­if­lik bö­yük mü­ba­ri­zə­nin qüd­rət­li bir şəx­siy­yə­tin zə­if­li­yi­dir. Qeyd edim ki, akt­yo­run ya­rat­dı­ğı ob­raz­la­rın ək­sə­riy­yə­ti keç­mi­şin in­san­la­rı­dır. On­lar öz­gə alə­min sa­kin­lə­ri, öz­gə əsr­lə­rin in­san­la­rı ol­sa­lar da, təm­sil et­dik­lə­ri ide­ya­la­ra, ro­lun ide­ya məz­mu­nu­na, akt­yor fik­ri­nə gö­rə, müa­sir idi­lər. IX əsr­də ya­şa­mış El­xa­nı-Ba­bə­ki ar­tıq səh­nə­də elə ya­rat­mış­dı ki, ta­ma­şa­çı onun san­ki bu cə­miy­yət­də ya­şa­dı­ğı­nı gö­rür­dü. Bü­tün bun­la­ra od­lu, eh­ti­ra­sı, gö­zəl gur sə­si, par­laq tə­ləf­fü­zü ilə na­il ol­muş­dur. Fa­ciə us­ta­sı ki­mi şöh­rət ta­pan akt­yor heç vaxt oy­na­dı­ğı rol­la­rı mil­li ko­lo­ri­ti və həm­çi­nin, ya­ra­dı­cı­lıq üs­lu­bu­nu mil­li xü­su­siy­yət­lər­dən məh­rum et­mə­miş­dir. Dün­ya dra­ma­tur­gi­ya­sın­da fa­ciə re­per­tua­rın­da elə bir ob­raz tap­maq çə­tin­dir ki, Ab­bas Mir­zə Şə­rif­za­də aciz qal­sın. Fa­ciə jan­rı onun ya­ra­dı­cı­lıq mey­da­nı­dır. Onun bu janr­da­kı is­te­da­dı hər rol­da ge­niş cə­hət­dən par­la­yır. Müx­tə­lif sə­ciy­yə­li, müx­tə­lif səp­ki­li, la­kin nə­həng mo­nu­men­tal in­san su­rət­lə­ri ye­ti­rir­di. Ab­bas Mir­zə Şə­rif­za­də mən­fi qəh­rə­man­la­rı­nı da ey­ni sev­gi ilə oy­na­yır­dı. O cüm­lə­dən, İb­lis, Knyaz, Frans, Qa­car, Maq­bet ki­mi ob­raz­la­rı oy­na­yar­kən, hə­yat prob­lem­lə­ri ilə məş­ğul olur­du. Akt­yor bu rol­lar­da in­sa­nı hə­qi­qət yo­lun­dan uzaq­laş­dı­ran, müd­hiş eh­ti­ras­la­rın ic­ti­mai sə­bəb­lə­ri­ni tət­biq edə­rək, bəd­bəxt­li­yi­ni-fə­la­kə­tin sir­ri­ni aç­ma­ğa ça­lı­şar­dı. Ab­bas Mir­zə Şə­rif­za­də elə bir akt­yor­dur ki, ro­lun mən­fi və müs­bət ol­ma­sın­dan ası­lı ol­ma­ya­raq, dü­şü­nür və dü­şün­dü­rür­dü.
Onun qəh­rə­man­la­rı yük­sək mə­nə­viy­yat sa­hi­bi, yük­sək ide­ya­la­ra ma­lik olan in­san­lar­dır. Sə­nət­ka­rın da­xi­li alə­mi ilə ya­rat­dı­ğı ob­raz­lar ara­sın­da mə­nə­vi bir kör­pü var. Məhz bu­na gö­rə­dir ki, akt­yor rol­la­rı be­lə inan­dı­rı­cı oy­na­mış­dır. Akt­yor ob­ra­zı elə oy­na­yır­dı ki, ta­ma­şa­dan son­ra özü­nə qa­yıt­maq Ab­bas Mir­zə Şə­rif­za­də ki­mi ömür sür­mək bir müd­dət akt­yo­ra - bö­yük in­sa­na çə­tin gə­lir­di. Ha­mı­ya yax­şı mə­lum­dur ki, akt­yor, xü­su­si mək­təb gör­mə­miş, te­atr təh­si­li al­ma­mış­dır. La­kin döv­rün, za­ma­nın bu­rul­ğan­la­rın­dan, təc­rü­bə­dən çıx­mış hə­ya­tın və sə­nə­tin sir­lə­ri­nə ya­xın­dan bə­ləd ol­muş­dur. Azər­bay­ca­nın bö­yük dra­ma­turq­la­rın­dan bi­ri olan Cə­fər Cab­bar­lı akt­yor haq­qın­da be­lə yaz­mış­dır: " Ab­bas Mir­zə Şə­rif­za­də bü­tün te­atr hə­ya­tı­nın bir məh­və­ri idi. Öz-öz­lü­yün­də həm re­jis­sor, həm akt­yor, həm də təş­ki­lat­çı idi. O, səh­nə­nin həm oğ­lu, həm də ata­sı idi. Ab­bas Mir­zə Şə­rif­za­də mək­təb gör­mə­miş­dir. Öz-özü­nə do­ğul­muş sə­nət­kar­dır. Sə­nə­ti onun­la bə­ra­bər do­ğul­muş­dur. Sə­nət onun ili­yin­də qal­mış­dır". Bə­li, bu söz­lər­də, fi­kir­lər­də bir hə­qi­qət var­dır. Ab­bas Mir­zə öz-özü­nə do­ğu­lan, in­ki­şaf edən, da­im ax­ta­rış­da olan sə­nət­kar­lar sı­ra­sın­da idi. Onu hə­yat özü bu sə­nət üçün te­atr alə­mi­nə ye­tiş­dir­miş, on­dan za­man-za­man gənc nə­sil­lər öy­rən­miş Ab­bas Mir­zə Şə­rif­za­də sə­nə­ti­nə, mək­tə­bi­nə la­yiq­li bir akt­yor ol­ma­ğa ça­lış­mış­lar. Ab­bas Mir­zə Şə­rif­za­də 45 il ömür sür­müş­dür. O, sə­nə­ti­nin çi­çək­lən­di­yi bir dövr­də 1938-ci il­də dün­ya­dan köç et­miş­dir. Bu yaş döv­rü­nə qə­dər müx­tə­lif xa­rak­ter­li ob­raz­lar ya­rat­mış­dır. O, hə­lə bun­dan son­ra da fəl­sə­fi məz­mun kəsb edən əsər­lər­də baş rol­la­rın ifa­çı­sı ki­mi sə­nət ta­ri­xin­də iz sal­mış­dır. Ab­bas Mir­zə Şə­rif­za­də ömür pa­yı­nın az ol­ma­sı­na bax­ma­ya­raq, bir akt­yor ki­mi te­atr alə­min­də öz mö­hü­rü­nü vur­ma­ğa na­il ol­muş­dur. Ab­bas Mir­zə Şə­rif­za­də elə akt­yor­lar­dan­dır ki, onun sə­nə­ti bü­tün za­man­lar­da bö­yük mə­həb­bət və eh­ti­ram­la anı­lır. O, bu­na la­yiq bir akt­yor, qüd­rət­li bir sə­nət fə­dai­si­dir.

 

Səs.- 2008.- 30 iyul.- S. 12.