Azərbaycanda Ukrayna mədəniyyəti günlərinin açılışına həsr olunmuş konsert

 

İyunun 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Ukrayna mədəniyyəti günlərinin açılışı münasibətilə konsert olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Ukrayna Prezidenti Viktor Yuşşenko konsertdə olmuşlar.
Salona toplaşanlar dövlət başçılarını hərarətlə qarşıladılar.
Ukrayna incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olundu.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Ukrayna Prezidenti Viktor Yuşşenkonun adından gül çələngləri təqdim edildi.
Konsertdən sonra filarmoniyanın foyesində Azərbaycan Prezidenti İlham Əliyevə Taras Şevçenkonun Bakıda ucaldılmış abidəsinin maketi təqdim olundu. Abidənin müəllifi, ukraynalı heykəltaraş İqor Qreçanik dedi ki, azadlıq mübarizi Taras Şevçenkonun abidəsinin maketinin Azərbaycan Prezidentinə təqdim olunması rəmzi xarakter daşıyır.
Taras Şevçenkonun Bakıda abidəsinin açılmasını əlamətdar hadisə adlandıran dövlətimizin başçısı uğurlu işinə görə müəllifi təbrik etdi.
Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla Azərbaycan Ukrayna prezidentlərinə lüğət təqdim etdi.

Azərbaycan.- 2008.- 1 iyul.- S. 3.