Məhərrəmova T.

 

Səhnənin görünməyən işçisi

 

Kamil Sultanov, aparıcı reyissor: "Tamaşanın taleyi məndən asılıdır"

 

Adətən bilet alıb teatra gələn tamaşaçının diqqəti səhnədə baş verənlərə yönəlir. Onları bu anda reyissor işi, tamaşanın ərsəyə gəlməsində zəhməti olan digər adamlar maraqlandırır. Onlar üçün maraqlı olan bircə şeydir: tamaşa aktyorların oyunu.

Ancaq hər bir teatrda elə adamlar çalışır ki, onların zəhməti olmadan heç bir tamaşa ərsəyə gəlməz. Söhbət reyissorlar, aktyorlar, müəlliflər haqqında deyil, səhnə arxasında min bir zəhmətlə çalışan, ancaq adları heç vaxt çəkilməyən insanlardan gedir. Hətta onların adı tamaşa üçün tərtib olunan proqramlara da salınmır. Onlar aparıcı reyissor, mebel ustaları, rekvizitorlar, səhnə maşinistləri, işıq ustaları başqalarıdır. Səhnənin aparıcı reyissoru olan adamın vəzifəsi isə o biri işçilərə nisbətən daha məsuliyyətli çətindir. Çünki tamaşanın bütün taleyi ondan asılıdır. Hətta tamaşa boyu reyissor, aktyorlar onun qədər məsuliyyət daşıyır. Pərdə arxasında qalan, heç zaman üzdə olmayan təəssüf ki, tamaşaçıların heç vaxt tanımdığı belə insanlardan biri Opera Balet Teatrının aparıcı reyissoru Kamil Sultanovdur.

 

 

- Tamaşa başlamamışdan səhnə arxasındakı işinizi müşahidə edib görürəm ki, çox çətin məsuliyyətlidir. Çoxdandır aparıcı reyissor işləyirsiniz?

- 1966-cı ildən Opera Balet Teatrında çalışıram. Ömrümün 40 ildən çoxunu bu sənətə həsr eləmişəm. Bura ilk dəfə reyissor köməkçisi kimi gəlmişəm. Mehdi Məmmədov, Soltan Dadaşov kimi korifeylərlə çiyin-çiyinə çalışmışam. Onların reyissor işi ilə yaxından tanış olmuşam. O vaxtdan bu günə kimi teatrda aparıcı reyissor işləyirəm. Teatrın bütün repertuarını demək olar ki, mən aparmışam bu günə qədər aparıram. Teatrda baletdən başqa rus, Azərbaycan Avropa tamaşalarını aparmışam. Hazırda Azərbaycan tamaşalarını ikinci köməkçiyə vermişəm. Ancaq Avropa rus tamaşalarını mən idarə edirəm.

- Sizinlə səhnə arxasında daha kimlər işləyir?

- Səhnə maşinisti, mebel ustaları, rekvizitorlar, səhnə fəhlələri b. çalışır. Onların hamısının ayrı-ayrı vəzifəsi var. Otaqlarda isə qrim ustaları, paltar geyindirənlər, tamaşanı idarə edən diriyor b. işləyir.

- Reyissor köməkçisi kimi vəzifəniz nədən ibarət olub?

- Tutaq ki, Mehdi Məmmədov, Soltan Dadaşov ya hər hansı başqa reyissor bir əsərə quruluş veribsə, o özü əyləşib bütün cizgiləri çəkib. Əsər oxumaqlardan keçdikdən sonra səhnədə hərəkət başlayır. Mən bütün rekvizitləri təyin etməliyəm. Personayın gəlib-gəlməməsi ilə maraqlanmalı, baletin, xorun iştirakını yoxlamalıyam. Bütün artistləri təqdim edib, "başlaya bilərik" - deyə razılıq verməliyəm. Bundan sonra reyissor da məşqinə başlamalıdır.

- Bəs aparıcı reyissorun əsas vəzifəsi nədir?

- Tamaşanın taleyi məndən asılıdır. Mən gəlməsəm, tamaşa göəstərilməyəcək. Tamaşa saat 17-də başlamalıdırsa, mən 2 saat tez gəlməliyəm. Personayları yoxlayıram, onların qriminə, geyiminə baxıram, əyər-əskik olarsa, tövsiyəmi bildirirəm. Sonra növbə səhnəyə çatır. Səhnənin "geyiminə" baxıram. Bütün detallar yerində olmayınca, tamaşa başlaya bilməz. Sonra bütün teatra salam verirəm I, daha sonra II zəng çalınır. 15 dəqiqə qalmış tamaşaçılara müraciətlə "15 dəqiqədən sonra tamaşa başlanır" - deyə bildirirəm. Səhnənin baş pərdəsinin açılmasından ötrü 3-cü zəng çalınır. nəhayət, tamaşa başlayır.

- İnstitutda aparıcı reyissorların təhsil aldığı ayrıca şöbə varmı?

- Yoxdur... Mən hamısını teatrda öyrənmişəm. Burada keçdiyim təcrübə mənə bu sənəti öyrədib.

- Reyissor kimi hər hansı tamaşaya quruluş verə bilərsiniz?

- Əlbəttə, məndən tələb eləsələr, quruluş verə bilərəm. Buna tam əminəm heç kəsdən geri qalmaram. Bayaq dedim ki, Mehdi Məmmədov, Soltan Dadaşov kimi görkəmli reyissorların köməkçi reyissoru olmuşam. Onlar gəlməyəndə məşqləri mən aparırdım. Bizim sənət çox məsuliyyətli sənətdir. Özü biz səhnə arxasında görünməyən işçilərik. Camaat pulunu verib, tamaşaya baxmağa gəlir. Onları tamaşa maraqlandırır. Biz onlara tamaşanı hazır surətdə təhvil veririk. Demək olar ki, bütün tamaşaların aparıcısı da, reyissoru da mənəm.

- İndiyə qədər qədər tamaşada aparıcı reyissor olmusunuz?

- Bunların sayı-hesabı yoxdur. Əgər bu tamaşaları saya bilsəm böyük bir siyahı alınar. Qabaqlar hər gün demək olar ki, tamaşalar gedirdi. "Aşıq Qərib", "Leyli Məcnun", "Bahadur Sona", "Əsli Kərəm" s. klassik operaların repertuarını mən idarə eləmişəm. Şəfiqə Axundovanın "Gəlin qaya"sı operasını ilk dəfə Ağakişi Kazımovla mən hazırlamışam. Hazırda repertuarda olan tamaşaların çoxunu da mən idarə edirəm.

- Tamaşa qurtarandan sonra bütün alqışlar səhnədə görünən aktyorların ünvanına səslənir. Ancaq tamaşaçılar bu alqışı sizə səhnə arxasında zəhmət çəkən digər adamlara ünvanlamağı unudurlar.

- Məni kim tanıyır? Axı mən səhnə arxasında oluram. Məni görən olmur. Burda işimə qiymət verən yoxdur. Yalnız teatr rəhbərliyi mənim işimi bilir. Sizin kimi insanlar isə bundan xəbərsizdir. Təsəvvür edin, səhnə arxasında ən məsuliyyətli aparan bir adamın adı heç yerdə yoxdur. Məni hardan tanıyacaqlar?

- Bu qədər zəhmət çəkə-çəkə tanınmamaq sizə necə təsir edir? Bu diqqətsizlik sizi küsdürmür ki?

- Artıq buna verdiş eləmişəm. Qabaqlar çox həyəcan keçirirdim. Deyirdim ki, zəhmətimə qiymət verən yoxdur. Get-gedə bununla barışıram.

- Özünüzün necə, aktyorluq qabiliyyətiniz varmı?

- Aktyorluğu çox gözəl bacarıram. Hətta musiqi qabiliyyətim var. Oxuyuram, səsim var. Əfsuslar olsun ki, anam vəfat edəndən sonra bunların hamısını yarıda qoymuşam. Hətta aktyorluq qabiliyyətimi sınağa da çəkmişəm. "Əsli Kərəm"də Zabit rolunda oynamışam.

- Bəzən aktyorlar "səhnə sizinçün deməkdir?" sualına pafosla "səhnə mənim həyatımdır" - deyə cavab verirlər. Siz analoyi sualı necə cavablandırardınız?

- Mən belə deyirəm: səhnə mənim həyatımdır. Mən bütün gəncliyimi bu teatrda itirmişəm. Teatrla yaşamışam hazırkı dövrə qədər teatrla yaşayıram.

- İtirdiyiniz illərin müqabilində səhnənin sizə verdiyi olub? Təkcə tanınmamaq "şöhrəti"?

- Səhnənin mənə verdiyi göz qabağındadır. Mən bütün tamaşaları klavirsiz - əzbər aparıram. Hər kəs bunu bacarmır. Xüsusən klassik rus, Qərb operalarını aparmaq çox çətindir. Şəxsən deyirəm ki, belə bir adam yoxdur. Qoy barmaqlarını yumub klavirsiz tamaşanı idarə edən 2-ci reyissor göstərsinlər. Tamaşanı əyər-əskiyi olmadan təhvil vermək kimi çox məsuliyyətli ciddi işin öhdəsindən gəlməyi hər adam bacara bilməz.

- Bir tamaşa boyu çoxmu həyəcan çəkirsiniz? Yoxsa artıq buna da vərdiş eləmisiniz?

- Bu həyəcanı adiləşdirmək çətindir. Bu həyəcan mənimçün həyat, ömür deməkdir!

- Sizin teatrda uşaqlar üçün tamaşalar göstərilir. Böyük kiçik yaşlı adamlar üçün göstərilən tamaşaların həyəcan məsuliyyəti eynidirmi?

- Hər bir tamaşa, lap kiçik həcmli olsa belə, çox məsuliyyətlidir. Uşaq tamaşalarında səhnə tərtibatının giriş-çıxışları həddən artıq çoxdur. Burda hər dəqiqəni nəzarətdə saxlamalısan. Eyni sözlər böyüklər üçün göstərilən tamaşalara da aiddir.

- Tamaşadan sonra sizə "sağ ol" deyən olurmu?

- Yalnız baş reyissor truppa müdiri mənə "sağ ol" deyir. Mən isə "sağ ol"u tamaşaçılara deyirəm.

 

Kaspi.- 2008.- 3 iyul.- S. 11.