Tofiq Ş.
Aqşin
Əlizadənin “Ümid valsı”
Başa çatmaqda olan
teatr mövsümünün son günlərində Akademik
Opera və Balet Teatrının yaradıcı kollektivi öz
tamaşaçılarına yeni səhnə əsəri
təqdim etmişdir. Azərbaycanın xalq artisti,
dövlət mükafatı laureatı, professor Aqşin
Əlizadənin "Ümid valsı" baletinin premyerası
keçirilmişdir.
Bəstəkarın bu
yeni balet əsərində XX əsrin əvvəllərində
Bakıda mövcud olan mürəkkəb ictimai-siyasi qurum,
həyatın keşməkeşləri fonunda iki gəncin -
Elmurad və Səlminazın məhəbbəti, onların
öz sevgilərini qorumaq uğrunda mübarizəsi və
gələcəyə nikbin baxışlarından bəhs
edir. Əsərin önəmli cəhətlərindən biri
də ilk dəfə məşhur azərbaycanlı
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev obrazının
yaradılmasıdır.
Baletin müəllifi
və artıq bu teatrın səhnəsində
üçüncü əsərini izləyən xalq artisti
Aqşin Əlizadə bir tamaşaçı kimi
əsərdən razı qaldığını qeyd edir. Tamaşanın
quruluşçu baletmeysteri uzun illərdən bəri
Azərbaycanda yaşayıb-yaradan albaniyalı xoreoqraf Rulumb
Aqiliudir. O, .indiyədək Opera və Balet Teatrının
səhnəsində iki tamaşaya quruluş vermişdir.
45 dəqiqəlik
"Ümid valsı" baletinin dirijoru xalq artisti Cavanşir
Cəfərov, rəssamı Tahir Tahirovdur. Əsas rolları
respublikanın əməkdar artistləri Kamilla Hüseynova
və İslam İslamov ifa etmişlər. Hacı Zeynalabdin
Tağıyev obrazını yaratmağı isə
Rüfət Şəfiyev öz üzərinə
götürmüşdür.
Teatrdan daha bir xoş xəbər.
Teatr Münhen sənət festivalına dəvət olunmuşdur. Münhen Opera sənət
festivalının baş
direktoru Lüdviq
Bauman teatrın solisti,
əməkdar artist Əvəz
Abdullayev layihəyə
dəvət edib. Teatrın mətbuat xidmətindən bildirmişlər
ki teatrın orkestri ikinci dəfə bu festivalda iştirak edir. Avqustun 4-nə kimi davam edəcək
səfər çərçivəsində
orkestr C.Verdinin "Traviata", "Riqoletto"
və "Trubadur"
operalarının tamaşalarını
idarə edəcək.
Avqustun 3-də isə
"Qrand-final" adlı
konsertdə çıxış
edəcəkdir.
Ə.Abdullayev "Riqoletto"
operasında Riqoletto partiyasını ifa etməklə yanaşı,
final konsertində də
bir sıra klassik və dünya bəstəkarlarının,
eləcə də Ü.Hacıbəyovun, Q.Qarayevin
və F.Əmirovun əsərlərini səsləndirəcəkdir.
Almaniyada keçirilən
bu festivalda Avropa və Latın Amerikasının
müxtəlif ölkələrindən,
ABŞ və Yaponiyadan
olan dirijor və vokalçıların
iştirakı nəzərdə
tutulur.
Bakı.- 2008.- 18-24 iyul.- S. 4.