Afinada UNESCO XXII beynəlxalq rəqs simpoziumu keçirib

 

"Şərur yallısı" simpoziumda nümayiş etdirilib

 

Yunanıstanın paytaxtı Afinada YUNESCO-nun xətti ilə XXII      beynəlxalq rəqs simpoziumu keçirilib. Simpoziumda ilk dəfə olaraq Azərbaycan da təmsil olunub. Bu barədə simpoziumda ölkəmizi təmsil edən Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, bu ilki simpozium milli rəqslərlə bağlı olub: "Simpoziumda dünyanın bir çöx ölkələri, eyni zamanda Afrika, Hindistan, Amerikadan da mütəxəssislər iştirak edib. Bir neçə gün davam edən tədbirdə hər xalqın nümayəndəsi öz milli rəqsini nümayiş etdirib. Orada iştirak edən alimlər məruzə ilə, rəqqaslar ilə rəqslə milli rəqsləri haqda simpozium iştirakçılarını məlumatlandırıblar. Ancaq Azərbaycanda təkcə mən alim qismində həmin simpoziumda iştirak edirdim". G.Abdullayeva deyir ki, simpoziumda "Azərbaycan folklor rəqslərinin bəzi xüsusiyyətləri" adlı məruzə ilə çıxış edib. Məruzə edərkən isə böyük ekranda Azərbaycanın milli rəqsi olan "Şərur yallısı" nümayiş etdirilıb: "Hər bir ölkə təmsilçisi rəqqaslarla millr rəqslərini göstərsələr , mən bunu canlı şəkildə göstərə bilmədim. Bu gün bizim milli rəqslərimizin bədnam qonşularımızın tərəfindən oğurlanması da məhz bu cür laqeyd münasibətdən irəli gəlir. Əgər biz dünya ictimaiyyətini milli rəqslərimizlə tanış etsək bu cür hallar da baş verməz".

BMA prorektoru bu məsələyə laqeyd yanaşılmamaq gələn ildə keçirilən bu simpoziumda Azərbaycanın layiqli təmsil olunması üçün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət edəcək.

 

İki sahil.- 2008.- 10 iyul.- S. 6.