Bakıda səfərdə
olan Avropa Şurası (AŞ) Nazirlər
Komitəsinin mədəniyyət,
mədəni və təbii irs departamentinin nümayəndə
heyəti bir sıra görüşlər
keçirmişdir.
Bu görüşlərdə
AŞ nümayəndələrinə Azərbaycanın işğal
altında olan ərazilərindəki tarixi
və mədəni abidələr barədə
məlumat verilmişdir.
Qurumun departament direktoru Robert Palmer bildirmişdir
ki, araşdırma aparmaq üçün həm Azərbaycan, həm də Ermənistan hökuməti
onlara müraciət etmişdir və bu səfər həmin müraciətlərə
əsasən Avropa Şurası Baş Katibliyinin tapşırığı
ilə həyata keçirilir.
Milli Məclisin beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
daimi komissiyasının
sədri, Azərbaycanın
AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri
Səməd Seyidov demişdir ki, Avropa Şurası tezliklə Dağlıq Qarabağda mədəni abidələrin taleyi ilə bağlı araşdırma aparılmasını istəyir.
S.Seyidov onu da bildirmişdir ki, işğal altında olan ərazilərdə 1891 mədəni-tarixi abidəmiz qalmışdır.
Xalq qəzeti.- 2008.- 10 iyul.- S. 2.