Əliyeva L.

 

Elektron kitab mübadiləsi təmin olunur

 

Mirzə Fətəli Axundov adına  respublika kitabxanasında kitabların İnternetlə sifariş edilməsi gerçəkləşdirilib. Sifarişçi kitabxanaya gəlmədən öz sifarişini kitabxananın elektron ünvanına göndərə bilər. Bir saat ərzində o, fondda həmin kitabın olub-olmadığı haqqında cavab alır. Bu cür xidmət sistemi oxucuya operativ informasiya təqdim etmək vaxta qənaət etmək üçün çox əlverişlidir. Belə metod Amerika avtomatlaşdırılmış sistemidir dünyanın bir çox böyük kitabxanalarında tətbiq edilir.

2008-ci ilin əvvəlindən başlayaraq kitabxanada büdcədənkənar fond fəaliyyət göstərir. Bu ilin oktyabrında dövlət səviyyəsində kitabxana öz 85 illik yubileyini qeyd etməyə hazırlaşır. Həmin gün kitabxanaların avtomatlaşdırılması haqqında beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulur. Kitabxana dünyanın 50-yə yaxın kitabxanası ilə kitab mübadiləsi üzrə müqavilə imzalayıb, 2005-ci ildən Avropanın Milli Kitabxanalar Konfederasiyasının üzvüdür. ötən il bu təşkilatın xətti ilə keçirilmiş konfransda elektron kataloq elektron kitabxana məsələləri  müzakirə edilmişdir. Həmin vaxtdan Azərbaycan oxucularının 48 ölkənin mərkəzi kitabxanalarının elektron bazasından istifadə edə bilmələri üçün razılıq əldə edilmişdir.

 

Azərbaycan müəllimi.- 2008.- 18 iyul.- S. 2.