Kalininqradın baş kitabxanasında "Azərbaycan
guşəsi" yaradılmışdır
AzərTAc
Mədəniyyət və Turizm Nazirliyinə istinadla
xəbər verir ki, qurumun təşəbbüsü ilə
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi və 15
iyun - Milli Qurtuluş Gününün 15 illiyi
münasibətilə Kalininqrad Vilayət Universal Elmi
Kitabxanasında "Azərbaycan guşəsi"
yaradılmışdır.
Bununla əlaqədar
nazirlik tərəfindən
kitabxanaya Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın tarixi, qədim dövlətçiliyi,
iqtisadiyyatı, neft siyasəti, mədəniyyəti,
incəsənəti, adət-ənənələri, Dağlıq
Qarabağ problemi və s. haqqında kitab və elektron
nəşrlər, lüğət
və ensiklopediyalar, Azərbaycan dilini öyrənənlər üçün
vəsaitlər göndərilmişdir.
Mayın 21-dən iyulun 23-dək həmin kitabxanada Azərbaycan kitablarının
sərgisi keçirilmişdir.
Sərginin açılışında Kalininqrad vilayətindəki
Azərbaycanlıların Regional
Milli-Mədəni Muxtariyyətinin rəhbəri
Nadir Ağayev çıxış edərək
mədəni əlaqələrin
genişləndiriməsində belə tədbirlərin əhəmiyyətindən danışmışdır.
Sərgidə nümayiş
etdirilən kitablar və elektron nəşrlər oxucuların
böyük marağına
səbəb olmuşdur.
Azərbaycan fondundakı
kitab kolleksiyası daim zənginləşdiriləcəkdir.
Azərbaycan.- 2008.- 25 iyul.- S. 7.