Tahir R.

Günün suallarına bədii cavab

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında istedadlı yazıçı-jurnalist Mustafa Çəmənlinin bu günlərdə işıq üzü görmüşRuhların üsyanıkitabının təqdimat mərasimi oldu. Müəllifin iştirakı ilə keçirilən tədbirdə yeni nəşrin özəllikləri, burada toplanan əsərlərin ideya-məfkurə yükü barədə geniş söhbət açıldı.
Respublika Milli Kitabxanasının şöbə müdiri, şairə Xuraman İsmayılova bildirdi ki, son illərin kitab bolluğunda oxucuların mənəvi təl
əbatını cavablandıran, onların ruhi qidasına çevrilən əsərlər az olduğundan Mustafa Çəmənlinin böyük ideallara, günümüzün ağrı-acılarına bağlı olan qəhrəmanları ciddi mövzuları onda böyük maraq doğurub. Ona görə bu kitabın dəyərli oxucularını tapacağına şübhə etmir.
Azərbaycanqəzetinin əməkdaşı şairə-publisist Flora Xəlilzadə həmkarı Mustafa Çəmənlinin son illərdəki məhsuldar fəaliyyəti fonunda yeni kitabın toxunduğu cavablandırmağa çalışdığı aktual məsələlərdən söz açdı. O, bildirdi ki, müəllifin həssas zəkalı qəhrəmanları çağdaş oxucunun ən yaxşı müsahibi olmağa layiqdirlər.
Tanınmış yazıçı-dramaturq Əli Əmirli sənət dostunun Qarabağ ağrısı ilə bağlı silsilə təşkil edən əsərləri üzərində dayanaraq bildirdi ki, Mustafa Çəmənli başıbəlalı torpağımızın dünəni bugünü ilə bağlı həqiqətləri cəsarətlə qaldırır, oxucunu nikbin qənaətlərə yönəldir. “Xallı Gürzəromanı Qarabağın dünənki taleyidirsə, “Ruhların üsyanıonun bugünkü aqibəti barədə aramsız düşüncələrdir. Bu baxımdanŞələessesi müasirlərimizin mənəvi yükünü anladan bir əsər kimi kitabdakı digər yazıları tamamlayır.
Filologiya elmləri doktoru Nazir Qəhrəmanlı, yazıçı Sevinc Nuruqızı, şair German, Ədəbiyyat İncəsənət Arxivinin direktoru Maarif Teymur, kitabın rəssamı Natiq Ağayev digər çıxış edənlər kitabın dəyərini açıqladılar, ayrı-ayrı əsərlərin qayəsindən danışdılar, müəllifə yeni yaradıcılıq uğurları arzuladılar. Bildirildi ki, “Ruhların üsyanıədəbi priyom kimi əsərin qəhrəmanı Mətləbə yuxularında belə dinclik vermir, Qarabağ itkisinin açıq-gizlin tərəflərini anladır. Bu üsyan torpaqlarımızı azad edəcək indiki nəsilləri babaların narahat ruhuna qovuşdurur, xalqı qələbəyə səsləyir.

Xalq qəzeti.- 2008.- 9 iyul.- S. 7.