İnformasiya
cəmiyyəti ideologiyasının
mahiyyəti müzakirə olunmuşdur
Azərbaycan Milli Elmlər
Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda
(AMEA İTİ) Fövqəladə Hallar Nazirliyinin bir qrup
əməkdaşı ilə görüş
keçirilmişdir.
AMEA-dan bildirmişlər
ki, görüşdə İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev
Fövqəladə Hallar Nazirliyinin öz fəaliyyətini
müasir texnologiyalar əsasında qurmasını
müsbət dəyərləndirmişdir.
Elektron hökumətin
qurulması prosesində vahid informasiya təhlükəsizliyi
sisteminin yaradılması zərurətinin meydana
çıxdığını qeyd edən alim müvafiq
qurumlar, o cümlədən də rəhbərlik etdiyi
ınstitut tərəfindən bu istiqamətdə
məqsədyönlü tədbirlər həyata
keçirildiyini bildirmişdir.
Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən imzalanmış
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya və kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya (2003-2012-ci illər) ölkə Prezidenti İlham
Əliyev tərəfindən təsdiq edilmiş
"Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər
üçün Dövlət Proqramı ("E-Azərbaycan")"
barədə söz açılmış, bu
sənədlərin əhəmiyyəti
vurğulanmışdır.
Eyni zamanda, informasiya
cəmiyyəti ideologiyasının mahiyyəti, informasiya
təhlükəsizliyinin təminatı prinsipləri, o
cümlədən "E-Azərbaycan" Dövlət
Proqramının həyata keçirilməsi
istiqamətində atılan addımlar və s.
məsələlər ətraflı müzakirə olunmuşdur.
Sonra İnformasiya
Texnologiyaları İnstitutunda "İnformasiya
təhlükəsizliyinin əsasları" tədris kursunu
müvəffəqiyyətlə başa vurmuş FHN-in
əməkdaşlarına sertifikatlar təqdim
edilmişdir.
Respublika.- 2008.- 20 iyul.- S. 1.