Regionlarda yeni texnologiyaların tətbiqi
səmərəli nətijələrini
verir
Prezident İlham
Əliyev cənabları tərəfindən təsdiq
olunmuş “Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2005-2008-ci illər üçün Dövlət Proqramı”
na uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən hazırlanmış
tədbirlər proqramına əsasən regionlarda informasiya
və kommunikasiya texnologiyaları sürətlə inkişaf
edir. Bununla yanaşı “Telekommunikasiya haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar respublika ərazisində universal telekommunikasiya
xidmətlərinin təşkili mərhələləri
müəyyən edilərək müvafiq layihənin
həyata keçirilməsinə də start verilmişdir. Bu
layihələrin başa çatdırılması ilə
regionlarda mövcud rabitə şəbəkəsinin tam
elektronlaşdırılması təmin olunmaqla yanaşı,
yeni nəsil rabitə xidmətlərinin göstərilməsi
də reallaşır.
Regionlarda telekommunikasiya şəbəkələrinin
rekonstruksiyası ilə əlaqədar tətbiq olunan yeni
texnika və texnologiyalar təqdim olunan rabitə
xidmətlərinin çeşidini əhəmiyyətli
dərəcədə artırmışdır.
Belə ki, “Aztelekom” İstehsalat Birliyinin telekommunikasiya
şəbəkəsinin 72,8 faizdən çox hissəsi
elektron ATS-lərlə təmin olunmuşdur. Qeyd edək ki,
elektron ATS-lərin abunəçiləri müxtəlif servis
xidmətlərindən istifadə imkanına malikdirlər.
Eyni zamanda “Aztelekom. net” internet xidmətləri
şəbəkəsi regionlarda internetin inkişafına
güclü təkan vermiş, istifadəçilərin
ən sürətli şəkildə qlobal şəbəkəyə
qoşulması imkanlığı təmin olunmuşdur.
Kəndlərin mərkəzlə birləşdirici
xətlərinin optik kabellərlə əvəzlənməsi
abunəçilərin telefon rabitəsi ilə yanaşı
digər multimedia xidmətlərindən istifadə etmə
imkanlarını artırmışdır.
Regionlarda NGN şəbəkəsinin qurulması
istiqamətində pilot layihə kimi “Elektron Şamaxı”
layihəsinin başa çatdırılması və bununla
da Şamaxı rayon mərkəzində və
kəndlərdə ən müasir tələblərə
cavab verən rabitə şəbəkəsi qurulması
ilə bu tendensiya davam etdirilməyə başladı.
Xatırladaq ki, digər regionlarda da bu şəbəkənin
qurulması məqsədilə uyğun işlər
aparılır. Xatırladaq ki, bu şəbəkə
vasitəsilə ənənəvi rabitə xidmətləri
ilə yanaşı İP TV, İP telefon, “Triply play” və s.
multimedia xidmətlərinin və informasiya
texnologiyalarının ən son yeniliklərini
dəstəkləyən digər xidmətlərin
göstərilməsi imkanlığı təmin
olunmuşdur.
Bu siyahıya kartlarla qoşulma, parolsuz qoşulma ilə
yanaşı, sürətli internet - ayrılmış
xətlərin təşkili və genişzolaqlı
şəbəkə xidmətləri də daxildir ki, bu
xidmətlər həm adi istifadəçilərin, həm
də korporativ müştərilərin tələblərini
tam ödəməklə bu sahədə onların
maraqlarını təmin edir.
Rabitə dünyası.- 2008.- 3 iyul.- S. 6.