Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi İKT-nin turizm
nazirlərinin sessiyasında sədrliyi Suriyaya təhvil vermişdir
Suriyanın
Dəməşq şəhərində İslam Konfransı
Təşkilatı turizm nazirlərinin 6cı sessiyası
keçirilmişdir.
36 islam ölkəsinin
nümayəndə heyətləri
və 12 nazirin iştirak etdikləri tədbirdə Azərbaycanı
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, nazirliyin turizm şöbəsinin müdiri
Aydın İsmiyev və xarici turizm sektorunun aparıcı məsləhətçisi
Rəsul Səmədov
təmsil etmişlər.
İslam Konfransı Təşkilatının (İKT) təcrübəsinə uyğun
olaraq, konfrans yüksək vəzifəli
ekspertlər və nazirlər seqmentlərindən
ibarət olmuşdur. Yüksək vəzifəli
ekspertlərin sessiyasının
açılışında Azərbaycan nümayəndə
heyəti İKTnin turizm nazirlərinin sessiyasında iki il davam etmiş
sədrliyi Suriya tərəfinə təhvil
vermişdir.
Açılışda Suriyanın
turizm naziri Saadalla Agha alQalaa və İKT baş katibinin köməkçisi Nabika
Diallo iştirak etmişlər.
Turizm nazirlərinin 5ci İslam Konfransında
Azərbaycan Respublikasının
sədrliyi çərçivəsində
keçirilmiş tədbirlər
haqqında ətraflı
məlumatların əks
olunduğu hesabat sədr Ə.Qarayev tərəfindən
İKT Baş Katibliyinə
təqdim olunmuşdur.
Turizm nazirlərinin 6cı İslam Konfransının
gündəliyi və
iş proqramı qəbul edildikdən sonra turizm nazirlərinin
5ci İslam Konfransının sədri
qismində Azərbaycanın
mədəniyyət və
turizm naziri Ə.Qarayev iclası açıq elan etmişdir. İclas QuraniKərimdən ayələrin
oxunuşu və Suriyanın turizm potensialı haqqında filmin nümayişi ilə açılmışdır.
Azərbaycanın mədəniyyət
və turizm naziri Ə.Qarayev
açılış nitqində
2006cı il sentyabrın 9dan 12dək Bakıda keçirilmiş turizm nazirlərinin 5ci İslam Konfransında qəbul edilmiş qərarlar, tövsiyələr
və təşəbbüsləri
xatırlatmışdır. O qeyd etmişdir
ki, turizm nazirlərinin 5ci İslam Konfransının
sədri kimi, Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin işləyib hazırladığı fəaliyyət
planı İKT ölkələrini
daha da yaxınlaşdırmaq,
turizmlə əlaqəli
müxtəlif sahələrdə
davamlılığı və
fəal təcrübə mübadiləsini
təmin etmək məqsədi daşımışdır.
Azərbaycan turizm nazirlərinin
5ci İslam Konfransına sədrliyi dövründə həyata
keçirdiyi tədbirlər
barədə ətraflı
məlumat təqdim etmış və tədbirlər zamanı göstərdiyi metodoloji və texniki köməkliyə və maliyyə dəstəyinə
görə İKTnin
baş katibi E.İhsanoğluya, İKT Baş
Katibliyinin kollektivinə və təşkilatın ixtisaslaşmış
institutlarına dərin
minnətdarlığını bildirmişdir. Ə.Qarayev qeyd etmişdir ki, 2007ci il noyabrın
2223də Liviyanın
Tripoli şəhərində
keçirilmiş mədəniyyət
nazirlərinin 5ci İslam Konfransında qəbul olunmuş qətnamələrə əsasən
Bakı şəhəri
2009cu ildə İslam mədəniyyətinin
paytaxtı elan olunmuş və mədəniyyət nazirlərinin
6cı İslam Konfransının Bakıda keçirilməsi
qərara alınmışdır.
O, bu hadisənin Azərbaycanın mədəni
və turizm potensialının islam dünyasının mərkəzlərindən
biri kimi təbliğ edilməsində
mühüm rol oynayacağına əminliyini
ifadə etmişdir.
Açılış mərasimindən sonra konfrans iştirakçılarına turizm
nazirlərinin 5ci İslam Konfransında Azərbaycan Respublikasının
sədrliyi çərçivəsində
keçirilmiş tədbirlər
barəsində altı
dəqiqəlik film nümayiş etdirilmişdir.
İclasın qərarına
uyğun olaraq, 2010cu ildə turizm
nazirlərinin 7ci İslam Konfransı Tehranda keçiriləcəkdir.
Respublika.- 2008.- 11 iyul.- S. 4.