Əsədov B.
Dənizkənarı Bulvar İdarəsi
onu yenidən qurur
"Bir Dənizkənarı
parka diqqət yetirin. Mavi Xəzərin yaşıl
boyunbağısı kimi düz üç kilometr uzanır.
İlin hansı fəslində buraya
gəlsəniz gümrahlaşar, özünüzü daha
yaxşı hiss edərsiniz. Səbəb
saf dəniz havası üstəgəl
yaşıllıqdır. Nəhəng
sahil parkımızın estetik və əməli
əhəmiyyəti var. Buranı istehsalat müəssisəsi
hesab edənlər də yanılmırlar. Onun "məhsul"u hamıya çörək
və su qədər lazım olan oksigendir. Bunlar nəzərə alınaraq park ildən-ilə
böyüdülür, yeni yaşıllıqlarla
zənginləşdirilir".
Düz otuz üç il əvvəl "Kommunist"
qəzetində dərc edilmiş "Bir dön bizim
bağlara bax..." adlı yazımdan bu sətirlər Nazirlər
Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin
rəisi Əfqan Şahmarovla söhbətimizə
körpü oldu.
DOSYE: Əfqan Sərdar oğlu Şahmarov 1959-cu ildə
Cəlilabad şəhərində doğulub. 1983-cü
ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1994-cü
ildə Dövlət İdarəçilik Akademiyasını
bitirib. Müxtəlif məsul
vəzifələrdə çalışıb,
"Ulduz" Elm-İstehsalat Birliyinin baş direktoru
işləyib. Azərbaycan Respublikası Prezidentinin 10
yanvar 2008-ci il tarixli sərəncamı
ilə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar
İdarəsinin rəisi təyin edilib.
- Əfqan müəllim, idarəniz
mübarək, onun ilk rəisi kimi Sizi və bütün
kollektivi təbrik edirik.
- Sağ olun. Bir muzey düzəltmək
istəyirik, orada Dənizkənarı Bulvarın tarixi
əksini tapacaq. İndi
sənədlər, eksponatlar toplayırıq. Sizin yazı da karımıza gələ bilər.
Bulvarımız barədə daha nə bilginiz
var?
- Mayakovskinin şeirini xatırlayıram:
Qız qalası önündə
bütün bulvarda ancaq
Sanasan, olar-olmaz
doqquz cüt bir tək yarpaq.
- Həqiqətən bir vaxt bu yerlər tamam çılpaq
imiş. Maksim Qorkinin yazdığı kimi
"Epəncərələrdə nə bircə
çiçək, ətrafda isə nə bir ot bitən
azacıq yer, nə bircə ağac, nə də bircə kol
var idiE" Susuzluq, çirkab, şoranlıq, külək
eroziyası Abşeron torpağını əldən
salır, heç kəs onun
yaşıllaşdırılması qayğısına qalmırdı.
1880-ci ildə Bakıda cəmi 3,02 hektar
yaşıllıq olub, qırx il sonra güclə iyirmi hektara
çatdırılıb. Dənizkənarı
Bulvarın salınması da məhz bu illərə,
Abşeronda neft sənayesinin inkişafı sayəsində
Bakının bir şəhər kimi böyüdüyü dövrə
təsadüf edir. Xəzərin sahilində
bulvar yaratmaq üstündə Bakı Şəhər
İdarəsinin və ictimaiyyətin fəal
qatıldığı uzun mübahisələrdən sonra
1909-cu ildə bu istiqamətdə ilk addım atıldı.
Bunun təşəbbüskarı və
ilhamvericisi istedadlı mühəndis Məmmədhəsən
Hacınski idi. Şəhər
hakimiyyəti parkın bünövrəsinin qoyulmasına 600
min rubl ayırmışdı, Bakı milyonçuları da
köməklərini əsirgəməmişdilər. Əvvəlcə o, "Qafqaz və Merkuri"
cəmiyyətinə məxsus körpü ilə Seyid
Mirbabayevin evi arasında (Kukla teatrından
"Azneft"ədək) ərazini tuturdu. Tender yolu ilə seçilmiş layihənin
həyata keçirilməsində mühəndis
K.V.Sukreviç və memar A.Eyxler də böyük
zəhmət çəkiblər. Buraya iki il kənardan münbit torpaq daşınıb,
Azərbaycanın müxtəlif bölgələrindən,
Avropadan nadir bitki növləri gətirilib. O
cümlədən Eldar şamı,
Hələb şamı, Türküstan qovağı, Livan
sidri, Luzitan sərvi və sair. Sonrakı illərdə də
Dənizkənarı Bulvar inkişaf edib, 1950-1960-cı
illərdə burada "Mirvari" kafesi, "Venesiya" su
şəhərciyi, "Bahar", S.Vurğun adına yay kino
salonları və digər istirahət obyektləri
istifadəyə verilib.
- Səməd Vurğunun adını çəkdiniz,
Bakını vəsf edən misraları yada düşdü:
Sahil boyu ətir saçır
yasəmənlər,
Hər addımda bir bağçalıq,
bir təzə bağ
Üzə gülür axşam-axşam,
səhər-səhər.
O illərdə postsovet məkanında iki mindən artıq
mədəniyyət və istirahət parkı vardı. Bizim Dənizkənarı Bulvar onların ən
yaxşılarından idi. Ümumittifaq
baxışlarının qalibi olmuş, "laureat park"
adı almışdı. İndi də
şəhərimizdə daha çox adam
qəbul edən istirahət ocağıdır. Bulvarın
fəvvarələri, yaşıl meydançaları,
estakadası hamının xoşuna gəlir.
- 1969-cu ilin iyulunda ulu öndər Heydər Əliyev
Azərbaycana rəhbərlik etməyə başlayandan
bütün respublikamızda tikinti-quruculuq işləri
geniş vüsət aldı. Mütəxəssislər
Bakının mövcud bağlarını da yenidən qurur,
dövrün tələbləri səviyyəsində
təzə bağ-bağçalar salırdılar. Bu yaşıllıq məskənləri əsl
istirahət guşələri idi, şəhərin
simasını xeyli rövnəqləndirirdi.
İnsanın sağlamlığı, estetik tərbiyəsi
qayğılarına uyğunlaşdırılmış
bir-birindən füsunkar park, bağ və
bağçalarımız, yaşıl əkinlər
Bakının planlı quruluşunun tərkib hissəsinə,
mədəni yüksəliş rəmzinə
çevrilmişdi.
Dənizkənarı Bulvar da yenidən qurulurdu.
Tezliklə onun uzunluğu 3,7 kilometrə
çatdırıldı. Ərazidə 50-70
metr enində terras düzəldildi. Əl
Oyunları Sarayının işıqları
yandırıldı, "Sahil" kafesi açıldı,
müasir sərgi pavilyonları quraşdırıldı.
Yaşıl xiyabanlar salındı, gur fəvvarələr
baş-başa verdi. S.Vurğun adına yay kino salonu yeni görkəm aldı. Azərbaycan Elmlər Akademiyasının Nəbatat
bağında becərilmiş nadir ağac və bitki
növlərinin dəniz sahilinə
köçürülməsi buranın qışını
da bahar etmişdi. Bir sözlə,
ümummilli lider Heydər Əliyevin ciddi nəzarəti
altında bulvar kompleks abadlaşdırılır,
şəhərin əsas dəniz fasadı kimi inkişaf
edirdi.
- Sonrakı məlum hadisələr Dənizkənarı
Bulvardan da yan keçmədi.
- Həmin hadisələr bulvarda böyük
dağıntılara səbəb oldu, qeyri-istirahət
obyektlərinin yer almasına gətirib çıxardı. Bu və arabir Xəzərin suyunun səviyyəsinin
qalxması qiymətli ağacların məhvi ilə nəticələndi.
Adamlar bulvardan ayaqlarını
kəsmişdilər, dəniz sahilinə
təkəm-seyrək gələnlər vardı.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev
yenidən bulvara əl-ayaq verdi, onun göz
görə-görə məhv olmasının
qarşısını aldı. Ümummilli lider Heydər
Əliyevin 1998-ci il dekabrın 29-da imzaladığı
"Bakı şəhərindəki Dənizkənarı
Bulvara Milli Park statusu verilməsi haqqında" fərmandan
sonra burada təmizlik, abadlıq və yenidənqurma
işləri daha da sürətləndi.
- Dənizkənarı Bulvarın həm Bakı
Şəhər İcra Hakimiyyətinə, həm də
Mədəniyyət və Turizm Nazirliyinə tabe olması
idarəetmədə müəyyən çətinliklər
törədirdi. Prezident İlham Əliyevin
"Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Dənizkənarı Bulvar İdarəsinin
yaradılması haqqında" 10 yanvar 2008-ci il
tarixli fərmanı onun idarəetmə sisteminin
təkmilləşdirilməsinə kömək edəcək.
- Bu fərmana görə unudulmaz şəxsiyyət Heydər
Əliyevin başladığı işi uğurla davam
etdirən dövlət başçısına dərin
minnətdarlığımı bildirirəm. Fərmanda
göstərildiyi kimi, Dənizkənarı Bulvar
Bakının əvəzsiz incilərindəndir, maddi
mədəniyyətimizin əsrarəngiz nümunəsidir.
Eyni zamanda şəhərin həm tarixi, həm
də müasir simasını təşkil edən xüsusi
təbii komplekslərdən biridir. Şəhərsalma,
istirahət və turizm infrastrukturu, böyüyən,
meqapolisə çevrilən paytaxtın ekoloji
təhlükəsizliyi baxımından xüsusi
əhəmiyyətli Dənizkənarı Bulvarın qorunub
saxlanması və bərpası, müasir memarlıq
tələblərinə uyğun yenidən qurulması onun
idarəetmə sisteminin mərkəzləşdirilməsini
zəruri edir. Bizim idarə bunlar, habelə
Dənizkənarı Bulvarın Azərbaycanın tarixi,
mədəniyyəti və ekoloji təhlükəsizliyi
üçün faydası nəzərə alınaraq yaradılıb.
İdarəmiz Dənizkənarı Bulvarın
vəziyyətinə, mühafizəsi, qorunması və
bərpası üzrə tədbirlərin yerinə
yetirilməsinə, qanunvericilikdə nəzərdə
tutulmuş qaydalara və tələblərə əməl
olunmasına dövlət nəzarətini həyata
keçirəcək.
- Dövlət nəzarətinin gücləndirilməsinə
böyük ehtiyac var.
- Elədir. Çoxsaylı yöndəmsiz
tikililər, köşklər, səyyar satış
stolları, primitiv qaydada tum satanlar, adamların
çəkilərini müəyyənləşdirən
tərəziçilər müasir bulvara yaraşmır.
Odur ki, ilk növbədə belə
şeyləri yığışdırdıq,
səliqə-sahmanı bərpa etdik. Məsələn,
bütün oturacaqlar təzələnib, onların həp iki
tərəfində zibil qutuları qoyulub. Velosipedçilər
üçün xüsusi xətt ayırlması
planlaşdırılır, qoy ətrafdakılara mane olmadan
hərəkət etsinlər. Almaniya
mütəxəssisləri ilə birgə hazırlanan
geniş əhatəli layihənin həyata keçirilməsi
ilə bulvarın siması tamam dəyişəcək. Eyni zamanda layihə müəllifləri onun
arxitektura üslubunu qorumaq, tarixi əhəmiyyəti və
memarlıq dəyəri olan obyektləri, məsələn,
"Mirvari" kafesini, paraşüt vışkasını
və sair saxlamaq fikrindədirlər.
- Cənab Prezident mart ayında Milli Parka gəlmiş,
həyata keçirilən bərpa işləri ilə
- Dövlət başçısının
sərəncamı ilə Dənizkənarı Bulvarın
geniş miqyasda abadlaşdırılmasına və yenidən
qurulmasına başlanıb. Artıq xeyli
təmizlik, yaşıllaşdırma və təmir
işləri aparılıb. İnanın,
bəzi ağaclar otuz ildir budanmırdı, onları
budadıq, cavanlaşdırdıq. Yetmiş
hektar sahəni əhatə edən parkda yeni
çəmənliklər salınacaq, müxtəlif
çeşidli gül kolları əkiləcək. Ən müasir standartlara cavab verən attraksionlar, karusellər
quraşdırılacaq, avadanlığın
hamısını Almaniyadan, İtaliyadan və digər
inkişaf etmiş dövlətlərdən alacağıq.
İşıqlandırma sisteminin, sahilboyu beton
çəpərin dəyişdirilməsi,
fəvvarələrin sayının artırılması
nəzərdə tutulur. Bulvarı
Bibiheybət və Zığ istiqamətlərində
genişləndirərək, onun ümumi uzunluğunu 25
kilometrə çatdırmaq planlaşdırılır.
Doğma Bakımızın incisi
Dənizkənarı Bulvarı hər birimizin
öyünə, qürur duya biləcəyi ünvana
çevirmək üçün əlimizdən gələni
edəcəyik. Çalışacağıq ki,
gələn il yüz yaşını
keçirəcəyimiz əfsanəvi bulvarımız
- İdarənizin maliyyə və maddi-texniki
təminatı nə yerdədir?
- Yavaş-yavaş yoluna qoyulur. Bütün
məsələlər tam həllini tapdıqdan sonra
Dənizkənarı Bulvarın yeniləşdirilməsinə
konseptual səviyyədə baxılacaq. Bu
məqsədlə dünya təcrübəsindən
faydalanacağıq. Məsələn,
Odessada eynilə belə parkın bir hissəsi muzey kimi
fəaliyyət göstərir. Buraya
müxtəlif xalqların kulinariya sənətini
nümayiş etdirən restoran və kafelər daxildir. Həm də onların arxitektura ansamblı,
dizaynı, musiqi tərtibatı kompleks şəkildə vahid
üslubda ifadə olunub. Təl-Əvivdə
dəniz boyunca yerə bərkidilən stollar, stullar, manqallar
qoyulmuş geniş zolaq salınıb. Ailələr
Aralıq dənizinin sahilində dincəlmək, dəniz
havası almaq, kabab və digər dadlı yeməklər
hazırlamaq həvəsi ilə buraya gəlirlər. Bir qədər uzaqda isə restoran və kafelər
qeyri-peşəkarlarla rəqabət aparmadan əhaliyə
xidmət edir. Fransanın 300 kilometr uzanan
Lacivərd sahilində yerləşən
şəhərlər hüdudunda müxtəlif festivallar
keçirilir, sahilin bir sahəsini digərindən
fərqləndirən infrastruktur xoş ovqat yaradır. Bizim bulvarın rəngarəng yaşıl
əkinləri və maraqlı landşaftı Milli Parkı
flora muzeyinə çevirmək imkanı verir.
ELiman şəhərlərini
dənizkənarı bulvarsız təsəvvür etmək
çətindir. Ələlxüsus
Bakını. Şəhərimizin
müasir arxitektura ansamblı canlı simfoniyanı
xatırladır. Dənizkənarı Bulvar, parklar,
bağlar, bağçalar onun yaşıl
"not"larıdır. Boy-buxunlu ağaclar, ətir qoxuyan
çiçəkliklər, göz oxşayan
çəmənliklər, yaraşıqlı kollar bu
"simfoniya"nın şuxluğunu
və təravətini daha da artırır. Bütün
şəhərsalma kompleksi ilə birlikdə ölkənin
və paytaxtın baş parkı Dənizkənarı Bulvar da
dəyişilməkdə, yeniləşməkdədir.
Azərbaycan.-
2008.- 3 iyul.- S. 7.