Masallı şəhərində Xətai parkı salınıb

 

Son illər ölkəmizin müxtəlif yerlərində görkəmli tarixi şəxsiyyətlərin, ictimai xadimlərin, klassiklərin xatirəsini əbədiləşdirmək üçün mühüm işlər görülür.

Masallı rayon mərkəzində salınmış Şah İsmayıl Xətai parkı da onlardan biridir. Parkda tarixi şəxsiyyətin möhtəşəm abidəsi ucaldılmışdır. Orijinal üslubda yaradılmış abidə Şah İsmayıl Xətainin obrazını sənət dili ilə özündə təcəssüm etdirir. O, bir əlində qılınc, digərində kağız tutmuşdur. Bu, güclə elmin, sözün vəhdətidir.

Xətai parkı indi Masallı şəhər əhalisinin ən sevimli istirahət yerindən birinə çevrilmişdir. Rayon mədəniyyət və turizm şöbəsinin tədbirlər planına əsasən, Masallıya gələn turistlərin xalqımızın bu böyük oğlunun admı daşıyan parkda onun abidəsini ziyarət etmələri də nəzərdə tutulur.

 

Azərbaycan.- 2008.- 15 iyul.- S. 6.