Azərbaycan Respublikası Prezidentinin 2006- il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına əlavə edilmiş "Səhiyyə, təhsil, idman mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə obyektlərin siyahısı"nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikasının Xızı rayonunun Xızı qəsəbəsinə şəhər statusunun verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 2798 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N8, maddə 720) əlavə edilmiş "Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı"nın "Xızı rayonu" bölməsində "Xızı qəsəbə uşaq bağçası" sözləri "Xızı şəhər uşaq bağçası" sözləri ilə əvəz edilsin.

2. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2008-ci il

 

Azərbaycan.- 2008.- 29 iyun.- S. 1.