Azərbaycanda səfərdə
olan GUAM ölkələrinin gənc yazıçı və şairləri Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevlə görüşüblər
Dünən Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev Azərbaycanda
səfərdə olan GUAM ölkələrinin gənc
yazıçı və şairləri ilə
görüşüb. APA-nın məlumatına görə,
görüşdə nazir bir sıra təkliflərlə
çıxış edib. "GUAM ölkələri
arasında mədəni əlaqələrin daha da inkişaf
etdirilməsi zəruridir.
Biz öz mədəniyyətimizi daha da inkişaf etdirməliyik və bu yolda sıx əməkdaşlıq lazımdır. Güman edirəm ki, bundan sonra belə tədbirlərin həyata keçirilməsi intensivləşəcək və biz tez-tez görüşəcəyik. Mən təklif edirəm ki, GUAM ölkələrinin yazıçı və şairlərini birgə toplusu hazırlansın və bu toplu bütün dünyada yayılsın". Layihənin vacibliyini vurğulayn nazir, qonaqlara son dövrlər Azərbaycan mədəniyyəti və ədəbiyyatındakı inkişafdan danışıb. O bildirib ki, son bir il müddətində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 60-a yaxın mədəniyyət toplusu işıq üzü görüb. Tədbirdə çıxış edən gürcü şairi Şota İataşvili həmkarları ilə birgə Azərbaycanda olmağından şad olduğunu bildirib və bundan sonra da bu cür səfərlərin davamlı olmasını arzulayıb. Daha sonra Ə.Qarayev Azərbaycan mədəniyyətinin əks olunduğu kitabları, "Mədəniyyət" kataloqu və CD-dən ibarət hədiyyələri qonaqlara təqdim edib. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ukraynalı şair Sergey Qrabar, yazıçı Pert Kralik, gürcü şairi Şota İataşvili, moldov yazıçısı Vladimir Lorçenkov və başqaları daxildir. GUAM ölkələrinin yazıçı və şairlərinin Azərbaycana səfəri iyunun 5-dək davam edəcək.
* * *
Azərbaycanın Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev GUAM-a üzv
ölkələrin milli kulinariyasına həsr olunmuş
xüsusi toplunun hazırlanması təklifi ilə
çıxış edib. APA-nın məlumatına
görə, bu təklifi nazir Azərbaycanda səfərdə
olan GUAM ölkələrinin yazıçı və
şairləri ilə görüşündə
səsləndirib: "Bütün dörd ölkənin
kulinariyasını əks etdirən böyük bir toplunun
hazırlanmasına ehtiyac duyulur. Fikrimcə, bu təklif tez bir
zamanda həyata keçirilməlidir. Toplu ingilis dilində
nəşr olunmalı və dünyanın bütün
ölkələrinə yayılmalıdır. Bu layihənin
gerçəkləşməsi Azərbaycan
kulinariyasının mənimsənilməsinin
qarşısının alınmasına da kömək
edəcək. Bununla həm də Azərbaycan, Moldova,
Gürcüstan və Ukrayna kulinariyasının daha geniş
tanıdılmasına müvəffəq olacağıq". Ə.Qarayev
GUAM ölkələrinin yazıçı və
şairlərinin əsərlərindən ibarət toplunun
hazırlanmasının zəruriliyini də vurğulayıb.
Təzadlar.- 2008.- 3-10 iyun.- S. 14.