Ulyanovskda Heydər
Əliyev adına bağ açılmışdır
Azərbaycanın
ümummilli liderinin şərəfinə salınmış
bağ şəhərin Zasviyajsk rayonundakı Jiqulyovsk və
Fruktovaya küçələrinin kəsişməsində
yerləşir və yerli Azərbaycan diasporunun
nümayəndələri tərəfindən
abadlaşdırılmışdır.
Ulu öndərin
bağın mərkəzində ucaldılmış
abidəsinin müəllifi Moskvada Yuri Qaqarinin abidəsinin
müəlliflərindən biri olan tanınmış
heykəltəraş Sergey Bobrakovdur. Təntənəli
açılış mərasimi
yaxın günlərdə
olacaq. Abidənin qoyulması barədə qərarı Ulyanovsk meri Sergey Yermakov
2008-ci ilin fevralında
imzalamışdır.
Abidə və bağ ulyanovsklıların
Azərbaycan liderinə
hörmətinin əlamətidir.
Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun sözlərinə
görə, Heydər
Əliyevin xatirəsinin
əbədiləşdirilməsi Rusiya və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın
möhkəmlənməsində və inkişafında mühüm rol oynayacaqdır.
Heydər Əliyev Ulyanovskda dəfələrlə
olmuş, 1983-cü ildə
isə "Aleksandr Suvorov" teploxodunun qəzaya uğramasının
nəticələrinin aradan
qaldırılması üzrə
Dövlət Komissiyasının
sədri qismində buraya gəlmişdir. Keçmiş Sovet İttifaqının ali rəhbərliyində təmsil
olunmuş Heydər Əliyev faciə ilə bağlı çoxsaylı problemlərin
həlli üçün
qısa müddətdə
tədbirlər görmüşdür.
Azərbaycan.- 2008.- 22 iyun.- S. 3.