Ənvərli N.
Akademiyamızda
Azərbaycan Mülki Aviasiya Muzeyi açılıb. Eksponatlardan öyrənirik ki, ölkəmizin aviasiya tarixində ilk səma şahini Birinci Dünya müharibəsi iştirakçısı,
"İlya Muromets-16" təyyarəsi
ekipaj heyətinin üzvü Fərrux ağa Qayıbov olub. Əli Səməd oğlu Verdiyev isə 22 iyun 1916-cı ildə Fransa Federasiyası tərəfindən
pilot-aviator rütbəsinə
layiq görülüb.
Azərbaycanın və Şərqin
ilk təyyarəçi
qadınları Bakı
aeroklubunun məzunları
- planer paraşütçü
klubunun yaradıcısı
Leyla Məmmədbəyova,
Mülki Aviasiyanın
veteran təyyarəçisi
Sona Nuriyeva, ilk hərbi qadın təyyarəçisi,
Böyük Vətən
müharibəsi illərində
"Gecə şeytanları"
qırıcı
alayının şturmanı,
ikinci dərəcəli
"Böyük Vətən
müharibəsi" ordenli
Züleyxa Seyidməmmədbəyovadır.
Muzeydə Azərbaycanda
ilk aviasiya məktəbinin, ilk aerodromun, ilk hava limanının tikintisi haqqında, ilk hava reysinin
keçirilməsi barədə
sənədlər və
fotoşəkillər toplanıb.
Burada Azərbaycan Mülki Aviasiyasının Böyük
Vətən müharibəsi
dövründə fəaliyyətinə,
həmçinin igid təyyarəçilər Hüseyn
Bala oğlu Əliyevə, Məzahir Abbasova və başqalarına dair məlumatları öyrənmək
olar. Azərbaycanda
ilk mülki aviasiya dəstəsinin təşkil olunması, respublikamızda yeni hava xətlərinin istifadəyə verilməsi,
Yevlax və Zabrat aeroportlarının yaradılması muzeydə
geniş nümayiş
etdirilir.
Azərbaycan Mülki Aviasiyasının
memarı Heydər Əliyevin bu sahədəki xidmətindən,
ulu öndərin hakimiyyəti illərində
respublikamızın bölgələrində
yeni aeroportların açılmasından, milli
mülki aviasiya kadrlarının hazırlanması
problemlərinin həllində
ümummilli liderin əvəzsiz rolundan danışan sənədlər və şəkillər də böyük maraq doğurur. Məhz dahi şəxsiyyət Heydər Əliyevin istəyi nəticəsində
1994-cü ildə Milli
Aviasiya Mərkəzi Milli Aviasiya Akademiyası kimi fəaliyyətə başlayıb.
Biz müasir standartlara uyğun, yüksək ixtisas almaq üçün hər cür şəraiti olan bu təhsil müəssisəsində oxumağımızla
fəxr edirik.
Muzey tamaşaçılarını
Qarabağ müharibəsində
mülki aviasiyanın
iştirakı ilə,
pilotlarımızın və
uçuş heyətinin
döyüşlərdə göstərdikləri şücaətlərlə,
qəhrəmancasına şəhid
olmuş təyyarəçilərlə
yaxından tanış
edir. Bizim Yavər Əliyev, Səfa Axundov, Zakir Yüsifov, Fəxrəddin Musayev kimi Milli Qəhrəmanlarımız
var.
Eyni zamanda muzeyi "Azərbaycan Hava Yolları" Dövlət
Konserninin yaradılması,
bir çox nüfuzlu təşkilatlara
üzv olması, Heydər Əliyev adına Beynəlxalq aeroportun yenidən qurulması, ilk "Boinq"in, digər müasir təyyarə-vertolyotların
alınması, Naxçıvan
və Gəncə Beynəlxalq aeroportlarının
yeni binalarının,
Lənkəran və Zaqatala Beynəlxalq aeroportlarının
tikintisi ilə əlaqədar eksponatlar bəzəyir.
Azərbaycan.- 2008.- 3 iyun.- S. 8.