Milli Azərbaycan
Tarixi Muzeyi ilə tanışlıq küveytli qonaqlarda xoş təəssürat
doğurmuşdur
Küveyt Dövləti Əmiri Aparatının rəhbəri Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabahın başçılıq
etdiyi nümayəndə
heyəti iyunun 25-də Milli Azərbaycan
Tarixi Muzeyində olmuşdur.
Qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Bakının
ən gözəl memarlıq abidələrindən
olan bu bina
1895-1897-ci illərdə tikilmiş
və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü
olmuşdur. 1920-ci ildə
binada yaradılmış
muzeydə qədim dövrdən başlayaraq
Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır.
Azərbaycanın ərazisində mövcud
olmuş Atropatena, Albaniya, Şirvanşahlar,
Ağqoyunlular, Səfəvilər
dövlətləri dövrünə
aid maddi mədəniyyət nümunələri
ölkəmizin qədim
dövlətçilik ənənələrindən
xəbər verir.
Qonaqlar Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları ilə tanış olmuşlar. Buradakı məişət
əşyaları və
tarixi sənədlər
onlarda zəngin təəssürat yaratmışdır.
Küveyt Dövləti
Əmiri Aparatının
rəhbəri muzeyin xatirə kitabına ürək sözlərini
yazmışdır.
Muzeyin direktoru Şeyx Nasir Sabah əl-Əhməd
əl-Sabaha xatirə hədiyyələri
təqdim etmişdir
Azərbaycan.- 2008.- 26 iyun.- S. 9.