Orxan
Ermənilər
22 muzeyimizi yandırıb
İşğal olunmuş ərazilərimizdə 500-dən
çox memarlıq abidəsi yer üzündən silinib
Ermənilər kimi
şovinist bir xalq kimi tarixən təkcə doğma
torpaqlarımıza təcavüzlə
kifayətlənməyiblər. Onların
məkrli və sistemli planlarında mədəniyyətimizə qarşı
səlib müharibəsi
də paralellik təşkil edib. Ermənilərin özlərindən hər cəhətdən üstün bir millətin mədəni dəyərlərinə, sərvətlərinə
sahib çıxmaq iddiasının arxasında
aşağı mədəniyyətlərini
bizim musiqi ilə ört-basdır etmək, köksüz millət olduqlarını bizim min illərlə yaşı olan tarixi-mədəni
abidələrimizi özününküləşdirməklə
unutdurmaq planları durub.
1988-ci ildə ermənilər
yenidən torpaq iddiası ilə Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlayanda
məlum oldu ki, uzun illərdir
onlar ölkəmizin müxtəlif regionlarından
qədim tarixi-əhəmiyyətli yazılı
daşlar, muzey əşyaları oğurluqlarıyla
məşğul olublar.
Bu tip mədəni
genosid yeni erməni təcavüzü
ilə daha amansızcasına vüsət
aldı. İşğal
olunmuş ərazilərdə
yüzlərlə tarixi
abidəmizin dağıdılması,
qarət edilməsi erməni vandalizmini bir daha sübut
etdi. Həm məhv etmək, həm də özlərinə sərf
edən formada abidələrimizin özününküləşdirmək
dünyada yalnız erməni sindromu kimi dəyərləndirilə
bilər. Təsəvvür
edin ki, bir vaxtlar bütün
Avropanı öz millətçi-irqçi
şüarları ilə
lərzəyə gətirmiş
faşizm zəbt etdiyi Parisdə Eyfel qülləsini darmadağın edir. Lakin dünyanın təsəvvürünə belə
sığışdırmadığı
bu hadisə baş verməyib. Amma dünya erməni millətçiliyinin
hər cür vandalizmə qadir olduğunu hələ də tam anlaya
bilməyib. Bunun üçün erməni
siyasətini və onun konturlarını anlamaq gərəkdir.
Təcavüzkar qonşularımızın
tarixi saxtalaşdırmaq
hesabına özlərinə
tarix yaratmaq cəhdlərinin kökü
bir neçə əsr əvvələ gedib çıxır. Onların xarici siyasətində ilk prinsip köç etdikləri qonşu dövlətin ərazisini
işğal etmək,
yerli xalqın tarixi izlərini tam silmək və özününküləşdirmək
olub. Məhz indiki Ermənistan dövləti də bu məkrli siyasət nəticəsində
meydana gəlib. Ermənilər köç
etdikləri yerdə başlıca olaraq yerli toponimləri "erməniləşdirir", məişət
qaydalarına yiyələnir
və ani imkan düşən kimi təcavüzkar meyllərini işə salaraq arxadan bıçaq zərbəsi
vururlar.
Tarixi saxtalaşdırmaq planlarını
pillə-pillə həyata keçirən ermənilər 1988-ci ildən
bunu açıq surətdə həyata keçirməyə başladılar.
İşğal etdikləri
ərazilərdə bizə
qarşı genosid törədən bu sosuz xalq tarixi-memarlıq abidələrimizə
də eyni üsulu tətbiq edib aə etməkdədir. Maddi və mənəvi
dəyərlərimiz də
torpağımız kimi
erməni işğalına
məruz qalıb. İşğal olunmuş
ərazilərdə 100-dən
çox arxeoloji, 500-dən çox memarlıq abidəsi artıq yer üzündən silinib.
22 müxtəlif səpkili
muzey dağıdılıb
və talan edilib. 927 kitabxana, 4 dövlət teatrı yandırılıb, 4 incəsənət
qalereyası və 20 dünya şöhrətli
muzeydənkənar abidə
qismən və ya tamamilə bərbad hala salınıb, maddi nünümunələr oğurlanıb.
Təkcə bu faktlar Azərbaycan mədəniyyətinə qarşı
erməni nifrətinin
göstəricisi ola bilər. Faktlar sarsıdıcı rəqəmlərlə
silsilə şəklində
artmaqdadır. 474 sayda
memorial abidə, 200-dən artıq arxeoloji zonalar erməni işğalındadır.
Üstəlik erməni
"məharəti" hələ
də davam etməkdədir. Ssenari eyniyyət təşkil edir: "Naxçıvan
da bizimdir, orada qədim erməni abidələri var".
Ərəbcə yazısı
olan qədim başdaşını oğurlayıb
özünə qədimlik
verən bir millətin bic doğulduğunı, yarandığını
dünyaya sübut etmədikcə dünya bu faktlardan sarsılmayacaq.
Xalq mahnımız olan "Sarı gəlin"i belə işğal etmələri onların bir xalq kimi
mədəni geriliyini,
əyani şəkildə
təsdiqləyir.
Vəhşi heyvanların
yeri isə dəmir qəfəsdir. Mədəni
sərvətlərimizin düşmən
tapdağı altında
inləməsi onların
elmi inventarlaşdırılmasında
da müəyyən əngəllər yaradır.
İnventarlaşdırma işinin
məqsədi abidələrin
qorunmasını və
mühafizəsini daha
yüksək səviyyədə
reallaşdırmağa
xidmət edən tədbirlər planını
həyata keçirməklə
düşmən əlinə
keçmiş maddi sərvətlərimizin siyahısını
hazırlayaraq, onu dünyanın diqqətinə
çatdırmaqdır. Sözsüz
ki, sözügedən
abidələr dövlətimizin
nəzarətində olmadığı
üçün onları
qoruyub, mühafizə
etmək də imkan xaricindədir.
Amma bu situasiyada məhz ermənilərin mədəniyyətimizə qarşı
vandal hərəkətlərini
beynəlxalq aləmə
sistemli şəkildə
çatdırmaq böyük
bir addım olardı. Mədəniyyət
və Turizm Nazirliyi dəfələrlə
beynəlxalq qurumlar qarşısında erməni
vandalizmi ilə bağlı məsələlər qaldırıb.
Mədəniyyətimizə qarşı erməni özbaşınalığı Avropa Şurasında da müzakirə edilib və həmin müzakirələrdə
Qarabağda, Ermənistan
ərazilərində Azərbaycan
abidələrinəə baxış
keçirilməsinin vacibliyi
önə çıxıb.
Məsələyə yetərincə
reaksiya verən YUNESKO
da erməni vəhşətinin Avropa Şurasında müzakirəsinə
dəstək olub.
Mədəniyyət və
Turizm Nazirliyi işğal altındakı
torpaqlarımızda yerləşən
abidələrin vəziyyəti,
siyahıların dəqiqləşdirilməsilə
bağlı digər strukturlarla mütəmadi iş aparır.
Artıq beynəlxalq aləm də ermənilərin mədəniyyətimizə
yönəlik genosid siyasətindən xəbər
tutmaqdadır. Bir çox nüfuzlu dünya muzeylərinin ermənilərin bizdən
oğurladıqları mədəni
sərvətləri öz
adlarına təqdim etməsinə qarşı
çıxması faktları
Mədəniyyət və
Turizm Nazirliyinin sistemli iş apardığının göstəricisidir.
Bu iş təkcə bir nazirliyin imkanları daxilində həll oluna bilməz. Ən azı ona görə ki, Azərbaycan mədəniyyəti bütünlüklə
Azərbaycan xalqına
məxsusdur. Məhz bunun üçün tarixçilər, ziyalılar,
QHT-lər, KİV-lər
də nazirliklə əlaqəli işləməlidirlər.
...Mədəniyyətdən xali ermənilərin mədəniyyət daşıyıcısı
olan xalqa gec-tez uduzacağı şəksizdir. Bir az gec, bir
az tez...
Xalq cəbhəsi.- 2008.- 19 iyun.- S. 10.