Piriyev Q.

 

Tanınmış ziyalıların müraciəti

 

Azərbaycanın bir qrup tanınmış ziyalısı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət etmişdir. AMEA-nın akademiki Teymur Bünyadovun, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılovun, xalq şairləri Zəlimxan Yaqub Nəriman Həsənzadənin, Milli Məclisin deputatı Qənirə Paşayevanın, professorlar Qəzənfər Paşayev Qara Namazovun AMEA Folklor İnstitutu aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan Məmmədlinin imzaladığı müraciətdə deyilir:
Biz, bir qrup Azərbaycan ziyalısı sizə müraciət edərək vacib bir məsələni nəzərinizə çatdırmağı özümüzə mənəvi borc bildik. Belə ki, hamımızın şahidi olub tamaşaçısına çevrildiyimizAşıq Ələsgər" muzeyi haqqında ilkin xoş təəssüratımızı bununla bağlı təkliflərimizi sizinlə bölmək qərarına gəldik.
Haqqında bəhs etdiyimizAşıq Ələsgərmuzeyi ömrünün ahıllıq ağsaqqallıq dövrünü yaşayan, Göyçə mahalında dünyaya gəlmiş 80 yaşlı Həsənov Hüseyn Hacıqulu oğlunun şəxsi vəsaiti zəhməti ilə Nərimanov rayonu, Atatürk prospekti, ev 37, mənzil 75- yaranıb. Bu cəfakeş ağsaqqal beşotaqlı mənzilinin üç otağını muzeyə ayıraraq, qeyri-rəsmi olsa, 2002-2007-ci illərdə zəngin əyani-vəsait eksponatlarla xalqımız üçün son dərəcə əhəmiyyətli, sözün əsl mənasında, saz-söz məbədi yaratmışdır. Bu illər ərzində dövri mətbuatda, radio televiziyalarda, hətta qardaş Türkiyə kanallarında daAşıq Ələsgərmuzeyi haqqında geniş materiallar verilmiş, maraqlı yazılar dərc edilmişdir. Dəfələrlə sizin rəhbərlik etdiyiniz Mədəniyyət Turizm Nazirliyinin bu işlə əlaqəsi olan mütəxəssisləri muzeydə olub onu bəyəndiklərini etiraf etmişlər. Bu illər ərzində yüzdən çox ziyalı, millət vəkilləri, mütəxəssislər, Türkiyə, İran İslam Respublikası, Gürcüstan, Rusiya b. ölkələrdən gələn qonaqlar muzeyi ziyarət etmişlər.
Sevindirici haldır ki, Hüseyn Hacıqulu oğlunun şəxsi təşəbbüsü vəsaiti ilə ərsəyə gəlmiş bu muzey zəngin aşıq sənətimizin dünənini, bu gününü qismən gələcəyini layiqincə özündə əks etdirir.
Hörmətli Əbülfəs müəllim! Muzeylə bağlı təəssüratımızı sizə bildirməkdə məqsədimiz odur ki, Azərbaycanımızın milli-mənəvi dəyərlərinə sahib çıxan bir qeyrətli saz-söz vurğunu olan Hüseyn Hacıqulu oğlu Həsənovun yaratmış olduğuAşıq Ələsgərmuzeyinə öz qayğınızı əsirgəməyib, onu rəsmiləşdirməklə Azərbaycan mədəniyyətinə olan növbəti sevginizi bir daha nümayiş etdirəsiniz”.,

 

Xalq qəzeti.- 2008.- 8 iyun.- S. 7.