Şamilqızı Ü.


Gəncənin zəngin mədəniyyət nümunələri...
..Bir çox dünya muzeylərini bəzəyir


Gəncə Azərbaycanın paytaxtı Bakıdan sonra ikinci böyük elm mədəniyyət mərkəzidir. Hazırda Gəncədə mərkəzi kitabxana sistemi, 27 kitabxana, Mərkəzi Mədəniyyət Evi, iki Mədəniyyət Sarayı, 6 klub, 6 muzey, 5 musiqi məktəbi, rəsm qalereyası, 3 teatr digər mədəniyyət obyektləri şəhər sakinlərinə xidmət göstərir. Gəncə Regional Elmi Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filalogiya elmləri namizədi Ruziyyə Quliyeva bildirdi ki, kitabxana, mətbəx, xalçaçılıq, memarlıq digər Gəncə təsviri sənətinin Azərbaycan mədəniyyətində özünə məxsus yeri var: "Təsviri sənətimizin yaranması, təşəkkülü inkişafının əsasını xalq sənətimiz təşkil edir. Xalq sənəti - xalqımızın əməyi sayəsində yaranaraq onun həyat məişətinin ayrılmaz hissəsinə çevrilib. Gəncə xalq sənəti inciləri hazırlandığı ariala işlənmə texnikasına görə müxtəlif xalçaçılıq, toxuculuq, zərgərlik, heykəltaraşlıq, memarlıq, gümüşbəndlik s. növlərə ayrılır. Bizim xalq sənətimiz çox zəngin rəngarəng inkişaf yolu keçib. Ümumiyyətlə xalq sənətkarlarımızın yaratdıqları sənət nümunələri dünya mədəniyyəti xəzinəsinə daxil olub. Bu kimi sənət əsərləri hazırda Fransa, İngiltərə, Belçika, Türkiyə, İran, ABŞ kimi dünya ölkələrində muzeylərin bəzəyinə çevrilib. Bu gün Gəncə sənətkarlarının yaratdığı sənət inciləri öz tarixi şöhrətini qoruyub saxlayır. Bundan başqa xalçaçılıq hələ lap qədim dövrlərdən Gəncədə geniş yayılmış sənətkarlıq növlərindəndir. Buna Gəncənin zəngin təbiəti, yaşıl çəmənlikləri, böyük xammal ehtiyatı əsas verir. Xalqımızın həyat məişətində böyük əhəmiyyət kəsb edən xalça sonralar bəzək nümunəsi kimi işlənib. Bunun nəticəsidir ki, bu gün bizim xalçalarımız bir çox ölkələrə yayıldığı üçün böyük şöhrət qazanıb. Gəncə xalçalarının uzaq ölkələrdə geniş yayılmasına səbəb onların əla keyfiyyətidir. Avropa, Asiya, Amerikanın bir çox muzey şəxsi kolleksiyalarında Gəncədə toxunmuş xalçalar saxlanılır. Tarixi sənədlərə görə, avropalılar hələ XV əsrdə Azərbaycan xalçaları ilə tanış idilər. Gəncədə kitabxanaların yaranması tarixi keçən min illiyin əvvəllərinə gedib çıxır. Araşdırmalar nəticəsində məlum olub ki, hələ X-XI əsrlərdə Gəncədə böyük kitabxanalar mövcud olub. Məsələn, XVIII əsrdə Gəncədə "Sultaniyyə" kitabxanası fəaliyyət göstərib. Daha sonra həmin dövrdə şəhərdə Cavadxanın da böyük kitabxanası olub. Bu kitabxana şəhərdə yeganə kitabxana idi ki, əhali ondan pulsuz istifadə edib".
Ruziyyə Quliyeva vurğuladı ki, Gəncə mətbəxi özünün milli xüsusiyyətlərinə görə digər Azərbaycan bölgələrindən fərqlənir. Tarixi yaşı minilliklərlə ölçülən qədim Gəncənin milli mətbəx, kitabxana s. mədəniyyəti ulularımızın çoxəsrlik təcrübəsi nəticəsində nəsildən-nəslə keçərək bu günümüzə kimi gəlib çatıb

 

                Xalq cəbhəsi.- 2008.- 13 iyun.- S. 12.