Azərbaycan nəşriyyatında
ümummilli lider Heydər Əliyevin abidəsi açılmışdır
İyunun 14-də "Azərbaycan" nəşriyyatında
xalqımızın dahi
rəhbəri, müstəqil
dövlətimizin banisi
və qurucusu, dünya şöhrətli
siyasi xadim Heydər Əliyevin abidəsinin açılış
mərasimi olmuşdur.
Abidənin üzərindən
ağ örtük götürülmüş, önünə
əklil və gül dəstələri
qoyulmuşdur.
Mərasimdə Prezidentin İcra
Aparatının ictimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov çıxış
edərək ulu öndərimiz, qüdrətli
tarixi şəxsiyyət
Heydər Əliyevin böyük xilaskarlıq rolundan bəhs etmişdir.
1988-1992-ci illərdə ölkəmizdə
baş verən hərc-mərcliyi xatırladan Ə.Həsənov 1993-cü ildə
xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra respublikamızın
düçar olduğu
böhrandan xilas edildiyini, qardaş qırğınının qarşısının
alındığını bildirmişdir.
Son 15 ildə Azərbaycanın iqtisadiyyatında, təhsilində,
mədəniyyətində və digər sahələrində mühüm
nailiyyətlər əldə
olunduğunu qeyd edən Ə.Həsənov bütün
bu nailiyyətlərin
ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına
daim böyük önəm verdiyini, dahi rəhbərimizin siyasətinin ölkəmizin
Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini xüsusi vurğulayan Ə.Həsənov əlamətdar
gün münasibətilə
tədbir iştirakçılarını təbrik etmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov müdrik siyasi xadim Heydər Əliyevin Vətən və xalq qarşısındakı
böyük xidmətlərindən
danışmışdır. Bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev bütün həyatını və fəaliyyətini doğma
xalqının səadətinə
həsr etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının
qəlbində özünə
möhtəşəm və
əbədi abidə ucaltdığını diqqətə
çatdıran natiq dahi rəhbərimizin
nurlu ideyalarının
daim yaşayacağını
söyləmişdir.
Nəşriyyatın direktoru
Ağabəy Əsgərov
ulu öndərimiz Heydər Əliyevin mətbuatımıza göstərdiyi
böyük diqqət
və qayğıdan bəhs etmiş, Heydər Əliyev siyasi irsinin əhəmiyyətini vurğulamışdır.
Azərbaycan.- 2008.- 15 iyun.- S. 2.