Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qazıntı işlərindən tam xəbərsizdir

 

AzərTAc Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2008-ci ilin mart ayında Azərbaycan Respublikasının işğal olunmuş ərazisində yerləşən Paleolit dövrünə aid Azıx mağara düşərgəsində Böyük Britaniya İspaniya arxeoloqları tərəfindən qazıntı işlərinin aparılması haqqında internet şəbəkəsində məlumatlar yayılmışdır. Bununla əlaqədar martın 17- Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi tərəfindən Böyük Britaniyanın Mədəniyyət, Yaradıcı Sənayelər Turizm Nazirliyinə, İspaniyanın Mədəniyyət Nazirliyinə məktublar göndərilmişdir.
Müraciətlərdə erməni qəsbkarlarının işğal olunmuş Azərbaycan ərazilərində özbaşınalıq edərək tarix mədəniyyət abidələrimizin dağıdılması, qəsdən korlanması talan edilməsi ilə məşğul olduqları xüsusi vurğulanmış ermənilərin bu vandal hərəkətlərinə Böyük Britaniya İspaniya arxeoloqlarını cəlb etməsindən narahatlıq ifadə olunmuşdur. Etiraz məktublarında həyata keçirilən qazıntı işlərinin "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına zidd olduğu diqqətə çatdırılmış, Azərbaycanın əzəli torpaqlarında aparılan qazıntı işlərinin dayandırılması beynəlxalq konvensiyaların müddəalarına əməl olunması tələb edilmişdir.
Bir neçə gün əvvəl Böyük Britaniyanın mədəniyyət, yaradıcı sənayelər turizm naziri xanım Marqaret Hoc Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinə cavab məktubu göndərmişdir. Məktubda Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması bir daha təsdiqlənməklə yanaşı, qeyd olunmuşdur ki, Britaniya hökuməti aparılan qazıntı işlərindən tamamilə xəbərsizdir. Xanım Hoc onu da bildirmişdir ki, İngiltərə hökuməti öz sıravi vətəndaşlarının səyahət hüququnu məhdudlaşdırmır: "Biz işğal edilmiş ərazilər daxil olmaqla Azərbaycana səyahət haqqında məsləhətlər veririk. Britaniya vətəndaşları öz səyahət planlarına dair qərar vermədən öncə bunu nəzərə almalıdırlar".
Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi məsələni diqqətdə saxlayacaqdır.

 

Xalq qəzeti.- 2008.- 6 iyun.- S. 4.