Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Təhsil Mədəniyyət Məsələləri üzrə köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20- ABŞ dövlət katibinin təhsil mədəniyyət məsələləri üzrə köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qoli Ameri ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğuladı. O, ölkəmizdə olduğu müddətdə təhsil sahəsində məhsuldar görüşlər keçirdiyi müzakirələr apardığı haqda Prezident İlham Əliyevə məlumat verdi. Qoli Ameri ABŞ-la Azərbaycan arasında təhsil mədəniyyət sahələrində əlaqələrin bundan sonra daha da genişlənməsi istiqamətində bütün imkanlardan istifadə edilməsini vacib saydı.
Prezident İlham Əliyev təhsilin ölkəmizdə prioritet sahələrdən biri olduğunu vurğuladı bu sah
ədə Azərbaycanda böyük işlərin görüldüyünü qeyd etdi. Dövlət başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında təhsil, mədəniyyət digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi bu istiqamətdə əlaqələrimizin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Azərbaycan.- 2008.- 21 iyun.- S. 1.