Əliyev Ə.
Avropalı deputatlar Avropa Şurasını
Azərbaycana qarşı ikili standartlara son qoymağa
çağırmışlar
AŞ PA-nın yay sessiyası iyunun 24-də "Azərbaycanın
Avropa Şurası qarşısında götürdüyü
öhdəliklərin yerinə
yetirilməsinin vəziyyəti"
məsələsinin müzakirəsi
ilə növbəti iş gününə başlamışdır.
Azərbaycan üzrə
həmməruzəçilər Andres Herkel (Estoniya) və Yevgeniya Jivkova (Bolqarıstan) çıxışlarında ölkəmizdə
seçki kampaniyası
ilə əlaqədar
Venesiya Komissiyasının
irəli sürdüyü
tövsiyələrin yerinə
yetirilməsi istiqamətində
vacib işlər görüldüyünü, beynəlxalq
terrorizmə qarşı
mübarizəni dəstəklədiyini
bildir miş,
mart və fevral aylarında Azərbaycana səfərləri zamanı
dövlət rəsmiləri,
siyasi partiyaların rəhbərləri, müxalifət
təmsilçiləri və
ictimaiyyətin nümayəndələri
ilə keçirdikləri
görüşləri xatırlatmış,
Prezident İlham Əliyevin mart ayındakı
əfv fərmanı ilə 59 məhbusun azad edilməsini müsbət hadisə kimi xüsusi vurğulamışlar.
Bunlarla yanaşı, söz
azadlığı, kütləvi
informasiya vasitələri
ilə bağlı müəyyən iradlarını
qeyd etmiş, qarşıdakı prezident
seçkilərinin demokratik
keçiriləcəyinə və demokratik təsisatların fəaliyyətinin
daha da genişləndirilməsi
üçün hərtərəfli
imkan yaradılacağına
inam bəslədiklərini bildirmişlər.
Böyük Britaniyadan,
Türkiyədən, Rusiyadan,
Fransadan, Estoniyadan, Norveçdən olan deputatlar məruzədəki "Azərbaycan"
sözünü çıxarıb
hər hansı bir ölkənin adı salınarsa, bunun məruzəyə heç cür təsir etməyəcəyi,
məruzədə göstərilmiş
bütün faktların
digər ölkələrdə
də mövcud olduğunu söyləmiş,
ölkəmizdə
baş verən mühüm müsbət dəyişikliklərin göz
qabağında olduğunu,
Azərbaycana qarşı
təsirgöstərmə mexanizminə
və Avropa Şurasını ona qarşı ikili standartlara son qoymağa çağırmışlar.
Avropalı deputatlar Azərbaycan
ilə Avropa Şurası arasında əlaqələrin gündən-günə genişləndiyini,
ölkəmizin götürdüyü
öhdəlikləri layiqincə
yerinə yetirdiyini, müxtəlif beynəlxalq
qurumlarla sıx əməkdaşlıq etdiyini,
Dağlıq Qarabağ
probleminin beynəlxalq
hüquq normalarına
əsasən, Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllini dəstəklədiklərini
diqqətə çatdırmışlar.
Demokratiya sahəsində Azərbaycanda
mühüm irəliləyişə
nail olunduğunu diqqətə çatdıran
deputatlar ölkəmizin
iqtisadiyyatının durmadan
inkişaf etdiyini, əhalinin həyat səviyyəsinin yüksəldiyini,
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi nəticəsində
qaçqın və məcburi köçkünə
çevrilmiş
əhalinin yaşadıqları çadır şəhərciklərinin
ləğv edildiyini və onların müasir tipli qəsəbələrə köçürüldüyünü,
münaqişənin Azərbaycanın
sürətli inkişafına
mənfi təsir göstərdiyini, Minsk qrupunun həmsədrlərinin
uzunmüddətli fəaliyyətlərinə baxmayaraq, münaqişənin indiyə qədər həll edilmədiyini, Azərbaycanın regionda lider dövlət olduğunu vurğulamışlar.
Çıxış edənlər
Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkədə
gedən mühüm dəyişikliklərdən bəhs
etmiş, ölkədə
korrupsiyaya qarşı
ciddi mübarizə aparıldığını,
məhkəmə və
hüquq sahəsində
islahatlar aparıldığını
diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, Azərbaycanla
bağlı 8 dəfə
müzakirələr aparıldığı
halda, mənfi meyillərin daha çox müşahidə
edildiyi bəzi ölkələrlə bağlı
3 dəfə müzakirələr
aparılması Avropa
Şurası üçün
xoşagəlməz münasibətdir.
Bu gün Azərbaycanın iqtisadi, siyasi sahələrdə sabit ölkəyə çevrildiyi xüsusi qeyd edilmişdir.
Ermənistanlı deputatlar öz
ənənələrinə sadiq qalaraq ölkəmizə
qarşı bəslədikləri
hissi yenidən büruzə verərək
avropalı deputatların
çıxışlarında səslənmiş ərazi
bütövlüyünün demokratiyanın inkişafına
təsiri fikri ilə razılaşmadıqlarını,
ölkəmizdə alternativ
xidmətin olmadığını,
Naxçıvandakı erməni
abidələrinin dağıdılması
kimi əsassız faktlar sadalamışlar. Erməni deputatların çıxışı sessiya
iştirakçılarının narazılığına səbəb
olmuşdur.
Azərbaycanlı deputatlardan Rafael
Hüseynov və Gültəkin Hacıyeva Azərbaycanın qazandığı
nailiyyətlərə görə,
daha demokratik bir ölkəyə çevrilmək istiqamətində
irəliləmək üçün
Avropa Şurasından
dəstək aldığını,
xeyirxah tənqid və təhlilin kömək göstərməyin
ən yaxşı üsul olduğunu qeyd etmişlər. Vurğulamışlar ki, azərbaycanlı
deputatlar tərəfindən
hazırlanmış sənədlərin
digər ölkələrlə
müqayisədə çox
olmasının, müxtəlif
problemlərlə əlaqədar
Avropa Şurası tərəfindən məruzəçi
təyin edilməsinin
onların fəallığına
dəlalət edir.
Diqqətə çatdırılmışdır
ki, Ermənistan tərəfindən işğal
edilmiş ərazilərdə
Azərbaycan xalqının
tarixən yaratdığı
və qoruyub saxladığı memarlıq,
incəsənət abidələri,
tanınmış şəxsiyyətlərə
qoyulmuş heykəllər,
yüzlərlə mədəni-maarif və təhsil ocağı ermənilər tərəfindən yerlə-yeksan edilmiş, Naxçıvanda və digər bölgələrdə
yalnız alban abidələri mövcuddur,
heç vaxt ermənilərə məxsus
abidə olmamışdır.
Sessiyada gündəliklə bağlı
qəbul edilmiş qətnaməyə düzəlişlərə
dair müzakirələr
keçirilmişdir. 22 düzəliş
içərisində azərbaycanlı
deputatların bütün
təklifləri birmənalı
olaraq qəbul edilmiş, erməni deputatların 5 təklifinin
heç biri keçməmişdir.
Sessiya öz işini davam etdirir.
Azərbaycan.- 2008.-
25 iyun.- S . 4.