“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
balansına daxil olan tarixi-memarlıq abidələrinin, bina
və tikililərin siyahısı təsdiqlənmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
balansına daxil olan tarixi-memarlıq abidələrinin, bina və tikililərin siyahısı təsdiqlənmişdir. Siyahıda
29 abidə ilə birlikdə 88 dövlət
yaşayış və
qeyri-yaşayış binasının
və s. adı da vardır.
"İçərişəhər"
Qoruğu İdarəsinin
balansına "Azərbaycan
Milli Ensiklopediyası"
Elmi Mərkəzinin,
AMEA-nın Milli Folklor İnstitutunun, Arxeologiya və Etnoqrafiya İnstitutu Muzeyinin, Bakı şəhər Mədəniyyət
İdarəsinin, Şirvanşahlar
Sarayı Kompleksi Muzeyinin müdiriyyətinin,
"Buta" Marionet Teatr-studiyasının, Səbail
rayonu 46 saylı uşaq bağçasının,
AHİK-in Bakı Səyahətlər
və Ekskursiyalar Bürosunun yerləşdiyi
binalar, büronun istifadəsində olan
"Molla Əhməd"
məscidi, Mədəniyyət
və Turizm Nazirliyinin Muzey əşyalarının bərpa
mərkəzinin yerləşdiyi
"Bəylər" məscidi,
"Azərbərpa" Elmi-Tədqiqat
Layihə İnstitutunun,
"Muğam" teatrının
yerləşdiyi ikimərtəbəli
karvansara, Mədəniyyət
və Turizm Nazirliyinin Bədii Sərgi Salonunun, Səbail Rayon Polis İdarəsinin
19 saylı sahə polis
məntəqəsinin, Azərbaycan Milli Sülh Komitəsinin,"
İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin, qurumun mənzil-kommunal
və təmir xidmətinin, MSK-nın Seçkilər İnformasiya
Mərkəzinin, Bakı Şəhər Ekologiya və
Təbii Sərvətlər Departamenti idman klubunun,
"Azərxalça" Elm İstehsalat Birliyinin, 5
nömrəli qaz xidməti sahəsinin yerləşdiyi
binaların qeyri-yaşayış hissəsi, elmi istehsalat
bərpa emalatxanasının yerləşdiyi "Təkiyə"
memarlıq abidəsi,
"İçərişəhər" Tarix Muzeyinin
yerləşdiyi "Hacı Banu", 623 saylı aptekin
yerləşdiyi "Qasım bəy" hamamları,
"Karvansara" restoranının yerləşdiyi "Buxara",
"Karvansara" restoranının yerləşdiyi
"Moltanı" karvansaraları, "Şirvanşahlar
sarayı" muzeyi filialının yerləşdiyi Qız
qalası abidəsi, "Şirvanşahlar sarayı"
kompleksinə aid memarlıq abidələri daxildir.
Siyahıya həm də
kilsə, karvansara, Dördbucaqlı qala, "Ağa
Mikayıl" hamamı, "Gileyli" məscidi, digər
məscidlər, yaşayış evləri, yeraltı
tikililər və s. daxil edilmişdir.
Respublika.- 2008.- 29 iyun.- S. 2.