“Oğlanqala”da qazıntı
işləri başlayıb
Naxçıvan MR-in ərazisində yerləşən
qədim "Oğlanqala"
abidəsində arxeoloyi
qazıntı işləri
ötən həftənin
sonundan etibarən başlayıb. Bu barədə məlumat
verən AMEA-nın Naxçıvan bölməsinin
əməkdaşı, tarix
elmləri doktoru Vəli Baxşəliyev bildirib ki, Naxçıvan
ərazisində yerləşən
qədim abidələri
tam öyrənmək
məqsədilə ABŞ-ın
Corciya Universiteti ilə 3 illik müqavilə bağlanılıb.
V.Baxşəliyev vurğulayıb
ki, bu dəfəki
qazıntı işlərində
ABŞ-dan 10 nəfərlik
nümayəndə heyəti
iştirak edir. Qazıntı işlərinin
maliyyə vəsaitini
də adıçəkilən
universitet öz öhdəsinə götürüb.
Qazıntı ekspedisiyasına rəhbərlik
edəcək elmlər
doktoru əcnəbi alimlərlə 3 illik müqavilə imzalanmasına
baxmayaraq, hələlik
birinci il qazıntı aparılması
üçün icazə
alındığını və qazıntıların
avqustun 15-nə kimi davam etdiriləcəyini
bildirdi.
Kaspi.- 2008.- 13 iyun.- S. 15.