Şamilqızı Ü.
Ağstafada tarixi abidənin
təmirə ehtiyacı
var
Ağstafa rayonunun Qıraq Kəsəmənli
kəndində xeyriyyəçi
kimi tanınan və dövlətin qoruduğu tarixi abidələr sırasında
olan 1910-cu ildə tikilmiş İsrafil Ağanın evi uçmaq təhlükəsindədir.
XX əsrin əvvəllərində
inşa olunan, kəndin simvolu sayılan bu tarixi abidədə artıq aşınma və tavanın çökməsi halları
müşahidə olunur.
Bu tarixi mülk kənd sakinlərinin səyi nəticəsində bu günə qədər qorunub saxlanıb. Kənd sakini Qədir İsgəndərov
bildirib ki, İsrafil Ağa 1870-ci ildə Qıraq Kəsəmən kəndində
anadan olub. Onun sözlərinə görə,
İsrafil Ağanın
kəndə, obaya böyük köməyi dəyib: "Əvvəllər
evin ətrafında yaşıllıq salmışdıq,
vaxtında su çatdırmadıq, əkdiyimiz
ağaclar qurudu. İndi baxımsızlıq
ucbatından hər gələn buradan nəyisə söküb aparır, bir tərəfini külək dağıdır.
Hər halda biz abidəni qoruyub saxlamağa çalışırıq. Bu
bizim qədimdən qalan tarixi abidəmizdir,
biz İsrafil Ağayla fəxr edirik".
İsrafil Ağanın
evində 1980-ci ildə
rayonun daxili imkanları hesabına yerli ustalar tərəfindən
kosmetik təmir işləri aparılıb.
Lakin sonralar bina baxımsızlıq ucbatından tamamilə yarasız hala düşüb. Ağstafa
rayon Mədəniyyət
və Turizm idarəsinin rəisi Gülgün Kərimov qeyd edib ki,
tarixi abidə olan bu binanın
təmirində mütəxəssislərin
iştirak etməsi çox vacibdir: "Bina uzun illərdir
təmir olunmadığından,
külək, yağan
yağışın təsiri
nəticəsində erroziyaya
uğrayıb. Ancaq onu da nəzərinizə
çatdırım ki,
İsrafil Ağanın
evinin təmir olunması işləri artıq Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
reallaşdırılır. Bu işə 2009-2012-ci illər ərzində nəzarət olunacaq".
Gülgün Kərimov
həmçinin vurğulayıb
ki, XIX əsrə aid məscid uçmaq təhlükəsindədir:
"Bundan başqa bu ərazidə yerləşən, XIX əsrdən
yadigar qalan məscid tamamilə dağılıb. Tarixi abidə olan bu məscidin bərpa edilməsi əvəzinə yenisinin tikilməsi daha məqsədəuyğun olar".
Bu nə qədər qəribə olsa da Ağstafa
rayon Mədəniyyət
İdarəsinin rəisi
dövlətin maddi-mədəniyyət abidəsi
kimi qoruyub saxladığı məscidi
artıq ömrünü
yaşamış bir obyekt hesab edir.
Hazırda Ağstafa rayonunda 52 tarixi abidə var, hansı ki, bunlardan ikisi dünya, 36-sı ölkə, 14-ü isə
yerli əhəmiyyətli
hesab zlunur.
Xalq cəbhəsi.- 2008.- 13 iyun.- S. 13.