Tarixi-memarlıq abidələrinin
siyahısı təsdiqlənib
Nazirlər Kabineti "İçərişəhər" Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsinin balansında olan tarixi-memarlıq abidələrinin, bina və tikililərin siyahısını təsdiqləyib.
Siyahıya 29 abidə,
dövlət mülkiyyətinə
məxsus qeyri-yaşayış binası,
tikilinin adı daxil edilib. Bununla
yanaşı, siyahıda
88 qeyri-yaşayış
binası və binaların qeyri-yaşayış sahələrinin,
yaşayış evlərinin
adı var. Beləliklə, "İçərişəhər"
qoruğunun balansında
"Azərxalça" elm-istehsalat
birliyinin binasının,
Milli Ensiklopediyanın
binası, "Bakıelektrikşəbəkə"nin Səbail idarəsinin yerləşdiyi
memarlıq abidəsi,
5 saylı qaz xidməti sahəsinin yerləşdiyi binanın
qeyri-yaşayış
sahəsi, AMEA-nın Milli Folklor İnstitutunun
yerləşdiyi binanın
qeyri-yaşayış sahəsi,
muzey əşyalarının
bərpa mərkəzinin
yerləşdiyi "Bəylər"
məscidi, Şirvanşahlar
Sarayının müdiriyyətinin
yerləşdiyi bina,
"Azərbərpa"nın
binası, Bakı Şəhər Mədəniyyət
İdarəsinin binası,
"Muğam" teatrının
yerləşdiyi karvansara,
"Buta" teatr-studiyasının binası, 46 saylı
uşaq bağçasının
binası, Mədəniyyət
və Turizm Nazirliyinin bədii sərgi salonunun yerləşdiyi bina, Səbail Rayon Polis İdarəsinin 19 saylı polis sahə məntəqəsinin
binası, Milli Sülh Komitəsinin binası, "Karvansara"
restoranının yerləşdiyi
karvansara, "Qız qalası" abidəsi, Şirvanşahlara aid
memarlıq abidələri, MSK-nın Seçkilər İnformasiya Mərkəzinin
binası, Arxeologiya və Etnoqrafiya İnstitutunun muzeyinin binası, Ekologiya və Təbii Sərvətlər Departamentinin
idman klubunun binası, "Təkiyə"
memarlıq abidəsi,
633 saylı aptekin yerləşdiyi "Qasım
bəy" hamamının
da adı var. Həmçinin siyahıya kilsə, karvansara, Dördbucaqlı
qala, "Hacı Heybət" məscidi,
"Hacı Banu" məscidi, "Bəylər"
məscidi, "Çin"
məscidi, "Ağa
Mikayıl" hamamı,
"Gileyli" məscid,
digər məscidlər,
yaşayış evləri,
yeraltı tikililər,
qeyri-yaşayış
binaları salınıb.
Kaspi.- 2008.- 26-27 iyun.- S. 15..