“Turizm haqqında”
Azərbaycan Respublikasının Qanununa dəyişiklik
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD
nömrəli Qanununun tətbiqi ilə əlaqədar
bəzi qanunvericilik aktlarına dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
"Turizm
haqqında" Azərbaycan Respublikasının Qanununa
dəyişiklik və əlavələr edilməsi
barədə" Azərbaycan Respublikasının 2007-ci il 5
iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə
əlaqədar bəzi qanunvericilik aktlarına
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2008-ci il 2 iyun tarixli 615-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Turizm haqqında"
Azərbaycan Respublikasının Qanununa dəyişiklik və
əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik
aktlarına dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə
təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri
daxilində "Turizm haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişiklik və
əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik
aktlarına dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanlarında
dəyişikliklər edilsin:
2.1. Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı (Azərbaycan
.Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 7, maddə 468) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
milli parklarının
ümumi Əsasnaməsi"nin
3.1.2-ci, 4.1.3-cü bəndlərində və 4.2-ci bəndində
hər iki halda "istirahət (rekreasiya)" sözləri
"rekreasiya" sözü
ilə əvəz edilsin.
2.2.Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, ¹
10, maddə 580; 2006-cı il,
¹ 7, maddə 590) ilə
təsdiq edilmiş
"Radioaktiv xammalın
çıxarılması və
radioaktiv tullantıların,
zərərli maddələrin
basdırılması üçün
yerin təkindən istifadə olunması Qaydaları"nın 2.4-cü bəndində "meşə
və rekreasiya" sözləri meşə,
turizm və rekreasiya" sözləri
ilə əvəz edilsin.
2.3. Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
24 aprel tarixli 57 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə
237; 2007-ci il, ¹ 11, maddə
1110) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Hirkan
Milli Parkı haqqında Əsasnamə"nin
1.5-ci, 2.1.2-ci, 3.1.3-cü və 3.3-cü bəndlərində "istirahət
(rekreasiya)" sözləri "rekreasiya"
sözü ilə əvəz edilsin.
2.4. Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
3 avqust tarixli 106 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 8, maddələr
614, 625; 2005-ci il, ¹ 8, maddə
715; 2007-ci il, ¹ 11, maddə
1110) ilə təsdiq edilmiş:
2.4.1. "Akadenik Həsən Əiliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı haqqında Əsasnamə"nin
1.6-cı, 2.1.2-ci, 3.1.3-cü bəndlərində
və 3.3-cü bəndində
hər iki halda "istirahət (rekreasiya)" sözləri
"rekreasiya" sözü
ilə əvəz edilsin;
2.4.2.
"Azərbaycan Respublikasının
Şirvan Milli Parkı haqqında Əsasnamə"nin 1.6-cı, 2.1.2-ci,
3.1.3-cü bəndlərində və 3.3-cü bəndində
hər iki halda "istirahət (rekreasiya)" sözləri
"rekreasiya" sözü
ilə əvəz edilsin;
2.4.3. "Azərbaycan Respublikasının
Ağgöl Milli Parkı haqqında Əsasnamə"nin 1.6-cı,
2.1.2-ci, 3.1.3-cü bəndlərində və 3.3-cü bəndində hər iki halda
"istirahət (rekreasiya)" sözləri
"rekreasiya" sözü ilə əvəz edilsin.
2.5. Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹
11, maddə 911; 2007-ci il, ¹ 11, maddə 1110) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Altıağac
Milli Parkı haqqında Əsasnamə"nin 1.6-cı,
2.1.2-ci, 3.1.3-cü bəndlərində və 3.3-cü
bəndində hər iki halda "istirahət (rekreasiya)",
sözləri "rekreasiya" sözü ilə əvəz
edilsin.
2.6. Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 27 aprel tarixli 227 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə
302; 2007-ci il, ¹ 11, maddə 1110) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Abşeron Milli Parkı
haqqında
Əsasnamə"nin
1.6-cı, 2.1.2-ci, 3.1.3-cü bəndlərində və
3.3-cü bəndində hər iki halda "istirahət
(rekreasiya)" sözləri "rekreasiya" sözü
ilə əvəz edilsin.
3. Bu fərman dərc
edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 iyun 2008-d il
Azərbaycan.- 2008.- 29 iyun.- S. 2.