Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə yüksək vəzifəli ekspert qrupunun ikinci iclası işə başlayıb

 

İyunun 11- "Avropa" mehmanxanasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm üzrə yüksək vəzifəli ekspert qrupunun ikinci iclası işə başlamışdır.
İclası açan Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi Turizm İdarəsinin rəisi Aydın İsmiyev tədbirin əhəmiyyətindən dan
ışaraq əsas məqsədin İƏT-ə üzv olan ölkələrdə turizm potensialının inkişaf etdirilməsi sahəsində əməkdaşlığı genişləndirmək olduğunu bildirmişdir.
İƏT-in baş katibinin müavini Mustafa Demirzen çıxış edərək müasir dövrdə dövlət büdcəsinə gəlirlərin artırılmasında, əhalinin iqtisadi-sosial durumunun yaxşılaşdırılmasında yaşayış səviyyəsinin yüksəldilməsində, yoxsulluğun aradan qaldırılmasında turizm faktorunun vacibliyini vurğulamışdır.
İclasda Azərbaycanın turizm potensialına həsr olunmuş təqdimat olmuşdur. Bildirilmişdir ki, Azərbaycan tarix boyu beynəlxalq əlaqələr ticarətdə, ölkələr arasında milli dəyərlərin mübadiləsində mühüm rol oynamışdır. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, qədim tarixi, abidələri, zəngin mədəniyyəti burada turizmin inkişaf etdirilməsinə münbit zəmin yaradır.
İclasda İƏT ölkələri arasında turizm sahəsində əməkdaşlıq, mədəni turizm marşrutlarının yaradılması turizm məhsulunun qarşılıqlı təşviq olunması, İƏT-ə üzv olan dövlətlərə turist axınının artırılması, investisya
imkanları, turizm bazarının öyrənilməsi, İƏT-in bələdçi kitabının hazırlanması turizm təşviqi üzrə fondunun yaradılması imkanları müzakirə olunmuşdur.
İclasa bu gün yekun vurulacaq.

 

Azərbaycan.- 2008.- 12 iyun.- S. 5.