Müasir
turizm kompleksi yaradılır
Xoşbulaqda
evlər 1500-1800 manata turistlərə kirayəyə verilir
Daşkəsənin
rayon mərkəzindən 17 kilometr aralıda yerləşən
Xoşbulaq kəndi əsas istirahət mərkəzlərindən
biri hesab edilir. Lakin kənddə
otel olmadığından turistlər
ya Daşkəsəndəki oteldə, ya da
kənddəki evləri kirayələmək məcburiyyətində qalırdı. Daşkəsən şəhərindəki otelin inzibatçısı Viladdin Nəsirovun yerli jurnalistlərə verdiyi məlumata görə, oteldə qiymətlər 30 manatdan 100 manatadək dəyişir. Xoşbulağın özündə kirayəyə
verilən evlərdə
də qiymətlərin şəraitinə görə müxtəlif olduğu
bildirilir. "Xoşbulaqda
evlərin hər cür
şəraiti varsa, onun yay
mövsümü ərzində kirayə qiyməti 1500-1800 manat arasında
dəyişir. Nisbətən
şəraitsiz evlər isə
400-600 manata təklif edilir"-o deyib. Xoşbulaqda
hələlik müasir turizm infrastrukturu yaradılmayıb. Kənddə enerji ilə təchizat sahəsində də
problemlər olduğu vurğulanır. Rayon İcra Hakimiyyətindən
bildirilir ki, ayın sonunadək Xoşbulağın qaz xəttinin çəkilişi başa çatdırılacaq və kəndin elektrik
enerjisi ilə təminatı
da yaxşılaşdırılacaq. Artıq yeni
proqrama əsasən burada müasir infrastrukturun yaradılmasına
başlanılıb və yaxın müddətə burada əsl istirahət mərkəzi yaradılacaq. Yeni iki
otel və koteclər, kəndarası yollar, eləcə də turistlər üçün Qoşqar
dağından bir neçə kilometr uzunluğunda kanat yol çəkiləcək.
Üç nöqtə.- 2008.- 20 iyun.- S. 14.