Hər il Azərbaycana
gələn turistlərin
sayı 10-11 faiz artır
Təkcə ötən il ölkəmizə
1 milyon 326 min xarici ölkə vətəndaşı
gəlib.
Bu barədə jurnalistlərə məlumat
verən Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyevin sözlərinə
görə, keçən
il Azərbaycana
səfər etmiş xarici ölkə vətəndaşlarının 1 miyondan çoxu turist olub. Bu il onların
sayının artacağı
gözlənilir.
A.İsmiyev həmçinin bildirib
ki, turistlər əsasən Bakı, Şəki-Zaqatala və Quba-Nabran bölgələrinə
səfər edirlər
ki, bu da
həmin ərazilərdə
mehmanxana şəbəkəsinin
geniş olması ilə bağlıdır.
Ölkəmizə gələn turistlərin
əksəriyyəti İran
İslam Respublikası,
Rusiya, Gürcüstan
və Avropadandır.
Amma son iki ildə Yaponiya,
Çin və Koreyadan gələn turistlərin də sayı artmağa başlayıb.
Şöbə müdirinin sözlərinə
görə, Azərbaycanda
turizm 2001-ci ildən -
xarici investorların ölkəmizin bu sektoruna sərmayə qoymağa maraq göstərməsindən sonra
başlayıb. "Artıq Səudiyyə Ərəbistanı və
Küveyt investorları
ilə danışıqlar
aparılıb. Yəqin ki,
yaxın illərdə
yeni layihələr həyata keçiriləcək"
- deyə A.İsmiyev söyləyib.
Azərbaycan.- 2008.- 18 iyun.- S. 11.