Ölkədə
250-dən artıq turizm şirkəti var
Səudiyyə
Ərəbistanı və
Küveytlə turizmlə
bağlı layihələr
həyata keçiriləcək
Ötən gün Bakıda
İqtisadi Əməkdaşlıq
Təşkilatının (ECO) turizm üzrə yüksəkvəzifəli ekspert
qrupunun ikinci iclası öz işinə başlayıb.
İkigünlük tədbirdə
ECO-ya üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan,
Pakistan, Tacikistan, Türkiyə və Özbəkistanın rəsmi turizm
qurumlarının, İqtisadi
Əməkdaşlıq Təşkilatının
Mədəni İnstitutunun,
ECO katibliyinin nümayəndələri
iştirak edirlər. İqtisadi Əməkdaşlıq
Təşkilatının Mədəni
İnstitutunun nümayəndəsi
Əli Sabzalian tədbirdə çıxış
edərək bildirib ki, iclasda ECO ölkələri arasında turizm
sahəsində əməkdaşlıq,
mədəni turizm marşrutlarının yaradılması
və turizm məhsulunun qarşılıqlı
təşviq olunması,
ECO-ya üzv dövlətlərə turist
axınının artırılması,
investisiya imkanları,
turizm bazarının öyrənilməsi, ECO-nun
bələdçi kitabının hazırlanması,
turizmin təşviqi üzrə fondun yaradılması imkanları
müzakirə ediləcək.
Ə.Sabzalianın sözlərinə görə,
ekspert qrupunun Tehranda keçirilən ilk görüşündə
bir neçə tövsiyələr toplusu
hazırlanıb. Bu toplularda ölkələrə
viza prosedurunun sadələşdirilməsi tövsiyə
olunub. Azərbaycanın
turizm imkanlarına həsr olunmuş təqdimatla çıxış
edən Mədəniyyət
və Turizm Nazirliyinin məsləhətçisi
Günay Fərhadova qeyd edib ki,
ölkənin turizm imkanları çox genişdir. Onun sözlərinə görə,
hazırda respublikada
250-dən artıq turizm şirkəti, 320-yə yaxın mehmanxana fəaliyyət göstərir. Həmin mehmaxanalardan 190-ı artıq sertifikatlaşdırılıb.
G.Fərhadova Azərbaycanın
turizm potensialının
təbliği məqsədilə
"CNN" telekanalında reklam çarxlarının
nümayiş etdirildiyini
qeyd edərək vurğulayıb ki, hazırda bununla bağlı "National Geography" telekanalı ilə də danışıqlar aparılır.
Məsləhətçinin dediyinə görə, bu il ərzində
Azərbaycan 19 beynəlxalq
turizm sərgisində
iştirak etməyi planlaşdırır. Mədəniyyət
və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri
Aydın İsmiyev isə vurğulayıb ki, Azərbaycana gələn xarici turistlərin sayı hər il 10 - 11 faiz artır. Belə ki, 2007-ci ildə ölkəyə ümumilikdə 1,326 milyon
xarici vətəndaş
gəlib ki, onun da 1,01 milyon
nəfəri turist olub. Bu il
isə Azərbaycana gələcək turistlərin
həmin göstəricidən
də çox olacağı proqnozlaşdırılır:
"Turistlər əsasən
Bakı şəhərinə,
regionlardan isə Şəki - Zaqatala, Quba - Nabran zonalarına
gəlirlər. Bu, qeyd edilən zonalarda otellərin çoxluğu ilə də əlaqələndirilir.
Azərbaycana daha çox İran, Rusiya, Gürcüstan, həmçinin Avropa ölkələrindən turistlər
gəlir. Son 2 ildə isə ölkəyə Yaponiya, Çin və Cənubi Koreyadan da gələn turistlərin sayı artıb". A.İsmiyevin
sözlərinə görə,
ölkədə turizm
sektoru 2001-ci ildən inkişaf etməyə başlayıb. O bildirib ki, xarici iş
adamları da Azərbaycanın turizm infrastrukturunun qurulmasında
iştirak edirlər. Xarici sərmayədarların son
2 -3 ildə Azərbaycan
turizminə marağının
xeyli artdığını
bildirən A.İsmiyev
onu da əlavə
edib ki, Səudiyyə Ərəbistanı,
Küveytlə danışıqlar
aparılıb və sərmayəçilər Azərbaycanın
görməli yerlərində
olublar. Şöbə
müdirinin dediyinə
görə, bu istiqamətdə danışıqlar aparılır
və yaxın bir neçə ildə yeni layihələr həyata keçiriləcək.
Həftə içi.- 2008.- 12 iyun.- S. 5.