Cəvahir
“Buta” basa çatdı
İyunun 1-dən paytaxtda
start götürən «Buta» musiqili-ədəbi-bədii
festival bu gün başa çatacaq. Yekunda festivala qatılan
layiqli yaradıcılıq işləri tanınmış
sənətkarlardan ibarət münsiflər heyəti tərəfindən
qiymətləndiriləcək.
Festivalın
keçirilməsində məqsəd üzə çıxa
bilməyən istedadlı yaradıcı insanlara şərait
yaratmaq, onları həvəsləndirmək və
eləcə də mədəniyyətlərarası
təması daha da yaxınlaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, bir
həftə ərzində davam edən festival
çərçivəsində müsabiqələr də
keçirilib. Festivaldaxili müsabiqələr estrada, caz,
muğam, həmçinin, digər yaradıcılıq
(rəssamlıq, poeziya və s.) müsabiqəİərini
əhatə edib. Festivalda iştirak etmək üçün
Rusiya, Türkiyə və digər ölkələrin
təmsilçiləri də Azərbaycana təşrif
buyurmuşdu. Xatırladaq ki, festivalın
təşkilatçısı Rusiyada fəaliyyət
göstərən “Buta” İncəsənət Mərkəzi,
Mədəniyyət və Turizm, Gənclər və İdman
nazirlikləri, Bakı Bulvar İdarəsidir.
Mərkəz.- 2008.- 7 iyun.- S. 11.