İstanbulun Aya Sofiya muzeyində azərbaycanlı rəssamların sərgisi açılmışdır
İyunun 25-də
Azərbaycanın İstanbuldakı baş konsulluğunun
təşkilatçılığı ilə dünyanın
ən tanınmış muzeylərindən olan Aya Sofiyada
Türkiyədə yaşayan azərbaycanlı
rəssamların əsərlərindən ibarət sərgi
açılmışdır. Sərgi Azərbaycan Demokratik
Respublikasının 90 illik yubileyinə həsr olunmuşdur.
Açılışda
ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Salahlı,
xarici ölkələrin diplomatik korpuslarının
rəhbərləri, həmvətənlərimiz, İstanbul
valiliyi və bələdiyyəsinin rəhbərləri
iştirak etmişlər.
Mərasim
iştirakçılarına məxsusi olaraq Bakıdan gətirilmiş
milli şirniyyatlarımızın nümunələri -
şəkərbura, paxlava, şərbətlər
paylanmışdır.
Sərgi-muzeyə
gələn əcnəbi turistlərin böyük marağına
səbəb olmuşdur.
Həmin gün axşam isə aktyor və rejissor Cahangir Zeynalovun rəhbərlik etdiyi Adana Teatrının tamaşası olmuşdur.
Respublika.- 2008.- 26 iyun.- S. 10.