Qaliblər
mükafatlandırılmışdır
Vergilər Nazirliyi 31 may
2008-ci il tarixdə Tofiq İsmayılov adına Uşaq -
Gənclər Yaradıcılıq Sarayının
"Uşaq Dünyası" Qalereyasında 1 İyun -
Uşaqları Beynəlxalq Müdafiə günü ilə
əlaqədar "Vergilər uşaqların gözü
ilə" adlı rəsm müsabiqəsi
keçirmişdir.
Mükafatlandırma
mərasimində çıxış edən Tofiq İsmayılov
adına Uşaq - Gənclər Yaradıcılıq
Sarayının müdiri Bədayə Ramazanova qalibləri
təbrik etmiş və belə bir ənənənin yaradılmasına
görə Vergilər Nazirliyinə minnətdarlığını
bildirmişdir.
Vergilər Nazirliyinin
Vergi ödəyicilərinə xidmət İdarəsinin
rəisi Elçin Məmmədov bu müsabiqənin artıq
bir ənənə halını aldığını bildirmişdir.
Qeyd etmişdir ki, ildən-ilə müsabiqədə
nümayiş etdirilən rəsmlərin sayı artır
və təqdim olunan işlər daha maraqlı olur.
İdarə rəisi vurğulamışdır
ki, belə müsabiqələr uşaqların
dövlətçilik haqqında anlayışlarının
genişlənməsinə, büdcə və vergilər
haqqında biliklərinin artmasına imkan yaradır.
E.Məmmədovun fikrincə, bu əsərlərdə
formalaşan kiçik təsəvvürlər
gələcək üçün böyük
təməldir.
Əvvəlki
müsabiqələrdə iştirak etmiş rəsm
əsərlərinin hazırda Vergilər Nazirliyinin inzibati
binasının divarlarını bəzədiyini
diqqətə çatdıran idarə rəisi gənc
nəslin vergilər haqqında anlayış və biliklərinin
artırılması, gələcəyin potensial vergi
ödəyicilərinə vergi mədəniyyətinin
aşılanması istiqamətində tədbirlərin bundan
sonra da davam etdiriləcəyini söyləmişdir.
Vergilər Nazirliyinin
Aparatının rəhbəri Asif Cahangirov müsabiqənin
əhəmiyyətini vurğulamış və nazirliyin
rəhbərliyi adından müsabiqə
iştirakçılarını təbrik etmiş, onlara
uğurlar arzulamışdır.
Sonra qaliblər
qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Azərbaycan.- 2008.- 3 iyun.- S. 5.