"Zaman mərhələləri"
sərgisi açılıb
Sərgi ilk dəfə olaraq Drezden Rəsm Qalereyasında təşkil
olunmuşdur
Ölkəmizin
incəsənət və mədəniyyət tarixində ilk
dəfə olaraq, Avropanın ən nüfuzlu
incəsənət ocaqlarından sayılan Drezden Rəsm
Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən
ibarət "Zaman mərhələləri" adlı
sərginin açılışı olmuşdur. Almaniyada
Azərbaycan ili çərçivəsində
keçirilən sərgi Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycanın Almaniyadakı
səfirliyi və Drezden Dövlət İncəsənət
Kolleksiyaları tərəfindən təşkil edilmişdir.
Sərginin açılışında
qalereyanın direktoru,
professor dr. Rot çıxış edərək, Drezden Qalereyasında Azərbaycan
rəssamlarının ilk dəfə
olaraq belə geniş tərkibdə öz əsərləri ilə təmsil olunmasını, ikitərəfli
mədəni münasibətlər
üçün böyük
uğur adlandırmışdır.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov öz çıxışında
30-dək Azərbaycan rəssamının
əsərlərinin tanınmış
Drezden Rəsm Qalereyasında nümayiş
etdirilməsini Azərbaycan-Almaniya
münasibətlərinin inkişafına
töhfə kimi qiymətləndirmişdir.
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin təsviri və tətbiqi sənət bölməsinin
müdiri, protessor Leyla Axundzadə çıxışında Azərbaycandakı
incəsənət cərəyanları
və rəssamlıq
məktəbləri barədə
danışmış, ayrı-ayrı
rəssamlar və rəsm əsərlərinə
dair peşəkar şərh vermişdir.
Sərgidə Azərbaycan rəssamlarının
təsviri və tətbiqi sənət nümunələri, rəsm,
qrafika və videomateriallardan ibarət əsərləri üç
bölmədə nümayiş
etdirilir. İlk bölmədə yaşlı nəslin, ikinci bölmədə orta nəsil və ya yaradıcılığı
sovet dövrünə
təsadül edən
rəssamların, sonuncu
bölmədə isə
yaradıcılığı müasir Azərbaycanla bağlı olan sənətkarların əsərlərinə
tamaşa etmək mümkündür.
İyunun 15-dək alman
incəsənətsevərləri xalq rəssamları Tahir Salahov, Fərhad Xəlilov, Mirnadir Zeynalov və digərlərinin əsərləri ilə
Qeyd edək
ki, Drezden Rəsm Qalereyasında təşkil edilən Azərbaycan rəssamlarının
əsərlərindən ibarət
sərgi ilə, Almaniyada Azərbaycan ili mədəniyyət
proqramının ikinci
mərhələsinə start verilmişdir. Mədəniyyət ilinin ikinci mərhələsi, əsasən,
sərgilərin təşkilinə
həsr ediləcəkdir.
İyulun ortalarında
Almaniya Federal, Xarici İşlər Nazirliyinin
"İşıqlı saray"ında
"Azərbaycan" devizi
altında vernisaj, avqustda isə Berlin Etnologiya Muzeyində
"5000 illik Azərbaycan
tarixi" adlı sərgi keçiriləcəkdir.
Səs.- 2008.- 14 iyun.- S. 16.