Azərbaycan xalçaları Türkiyə Böyük Millət Məclisi sədrinin xanımını valeh etdi

 

Türkiyə Böyük Millət Məclisi sədrinin xanımı Sayimə Toptan iyunun 17-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşdur.
Qonağa məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir, xalı xalçalarımız dünyanın bir çox muzeylərinin nadir eksponatlarından sayılır.
1996- ildən fəaliyyətə başlayan bu müəssisənin məhsulları ABŞ, Almaniya
, Avstriya, İngiltərə, İtaliya, Yaponiya Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. Naxışların incəliyi ilmələrinin yüksək sıxlığı, tərtibatın orijinallığı ilə seçilən xalçaların istehsal prosesi beynəlxalq standartlara tam cavab verir. İplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış çeşnilərdən götürülür.
Xanım Sayimə Toptan toxuma prosesini maraqla izlədi, qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxdı. Qonaq xalçalarımızın gözəlliyinə valeh olduğunu bir daha vurğuladı.
Sonra çay süfrəsi arxasında Azərbaycan xalçaçılıq sənətinə dair s
öhbət davam etdirildi.
Xanım Sayimə Toptana xatirə hədiyyələri təqdim edildi. Qonaq da "Azərilmə" hədiyyə verdi.

Xalq qəzeti.- 2008.- 18 iyun.- S. 3.