Azərbaycanın İndoneziyadakı səfirliyi ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş marka buraxdırmışdır

 

Azərbaycanın İndoneziyadakı səfirliyinin sifarişi ilə "PT Pos İndonesiya" şirkəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş 1000 ədəd marka buraxmışdır.
Səfirlikdən verilən məlumata görə, markalar ulu öndər Heydər Əliyevin İndoneziya Cənubi-Şərqi Asiya regionunda daha geniş tanıdılması məqsədi ilə İndoneziyanın Filippinin müvafiq qurumlarına göndəriləcəkdir. Markalara ulu öndərin həyat fəaliyyəti, müasir Azərbaycan dövlətinin qurulmasındakı rolu barədə qısa məlumat əlavə olunacaqdır.

 

Azərbaycan.- 2008.- 6 iyun.- S. 2.