Dilçi
olmaq istəyən karikaturaçı
Təsviri sənətin
içərisində xüsusi yer tutan karikatura janrında
fəaliyyət göstərən rəssamlar öz
qurumlarını da yaradıblar. Bu qurumu
karikaturaçı rəssam Bayram Hacızadə
yaratmışdır. Karikatura janrı Azərbaycanda 100 illik
tarixə malikdır. Əməkdar incəsənət xadimi,
Azərbaycan Karikaturaçılar Birliyinin sədri, rəssam
Bayram Hacızadənin karikaturamızın dünəni və
bu günü barədə söhbətini oxuculara təqdim
edirik.
"Sancaq"dan başlanan yol
Ailəmizdə
rəssam olmayıb. Valideynlərim filoloq olublar. Bəlkə
buna görə də uşaqlıqda mən də dilçi
olmaq istəmişəm. Sonralarsa tarixin maraqlı
hadisələri tarixçi olmaq istəyini yaratdı. Rəssamlığa
həvəsi isə orta məktəb müəllimlərim
oyadıb. Deyəsən, çəkdiyim rəsmlərin
digər şagirdlərin əl işlərindən
yaxşı alındığını hiss etmişdilər.
Elə karikaturaya gəlişim də orta məktəb
illərindən başlayıb. 96 saylı məktəbdə
oxuyurdum və 1980-ci ildə çəkdiyim karikatura divar
qəzetində yerləşdirildi. Artıq karikaturaya olan
həvəsim tarixçi olmaq istəyimi də sıxışdırmışdı.
Tezliklə məktəbimizin satirik divar qəzeti olan
"Sancağ"ın redaktoru oldum. Deyim ki,
məktəbdə qayda-qanunu pozan şagirdləri, çatışmazlıqları
görəndə bütün bunları aşkarlamaq, sancmaq
hissi mənə hakim kəsilirdi. Təsviri sənətə
marağımı görən atam o dövrdə dünyada
məşhur olan Danimarka karikaturaçı-rəssamı
Bistrupun kitabını mənə hədiyyə etdi. Bistrpup
bir az sovet meyilli karikaturalar çəkirdi. Onun adicə
cızmaqaraları belə dünyanın siyasi proseslərini
güclü şəkildə açıqlamaq
gücündə idi. Bistrup mənə çox təsir etdi.
Səkkizinci sinifdə oxuyanda isə artıq çəkdiyim
karikaturalar Avropa ölkələrində, Əfqanıstanda
keçirilən beynəlxalq müsabiqələrə
göndərilirdi. "Göyərçin",
"Pioner" kimi uşaq jurnallarında da
çıxış edirdim. Köhnə "Pionerlər
evin"də isə Məsmə Ağayevadan rəsm dərsi
alırdım.
Yenə də "Kirpi"
Əzim Əzimzadə adına Dövlət Rəssamlıq
Məktəbinə 1985-ci ildə daxil olanda artıq
karikaturalarım "Kommunist", "Sovet kəndi" kimi
ciddi qəzetlərdə çap olunurdu. 1989-cu ildə
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinə daxil oldum. O
təhsil illərində məşhur "Kirpi" jurnalı
ilə də əməkdaşlığa başladım.
Karikatura konkret hədəfi vurduğu üçün
müəllifə düşmən qazandırır.
"Kirpi" isə o dövrdə əliəyrilərin,
bürokratların qorxduğu, çəkindiyi bir satirik jurnal
idi. 1952-ci ildə nəşrə başlayan "Kirpi"
karikatura janrının inkişafına böyük təsir
etdi. Nəcəfqulu, Ziya Kərimbəyli, Adil
Elçin, Vsevolod Ternavski, Həsən Haqverdiyev kimi
rəssamların çəkdiyi karikaturalar öz
mənası, dəyəri ilə yaddaşlara "Kirpi"dən
köçdü.
Sonralar Yavər Əsədov, Elturan Avalov, Mirteymur, Rahib
Qədimov kimi rəssamlarımız "Kirpi"
ətrafına yığışmaqla karikaturanı
zənginləşdirdilər. Ötən əsrin 80-ci
illərində mən Seyran Cəfərli, Vəfa Allahyarova,
Gündüz Əlizadə, Bulud Qasımov kimi rəssamlarla
bir yeni nəsil olaraq "Kirpi"də çap olunmağa
başladıq.
Karikaturaçılar birləşin!
Azərbaycan karikaturası zəngin
ənənələrə malikdir. Şərqdə ilk
karikatura nəşri 1906-cı ildə çap olunmuş
"Molla Nəsrəddin"ə məxsusdur. "Kirpi"
jurnalının ətrafında formalaşan böyük bir
nəsil karikaturaçı rəssamlarımız
ənənələri qoruyub-saxlamaq üçün
müəyyən işlər gördülər. Nəhayət, sabitləşən
cəmiyyətimizdə öz sözünü demək,
karikatura janrını inkişaf etdirmək üçün
rəssamlarımız 2006-cı ildə "Azərbaycan
Karikaturaçılar Birliyi"ni yaradaraq orada
birləşdilər və sədr olaraq məni rəhbər
seçdilər. Keçən müddət
ərzində nələrə nail olmuşuq sualı
ətrafında tez-tez düşünürəm. O vaxt
fikirləşirdik ki, 100 ildən artıq karikatura ənənəsinə
malik olmağımızı dünyaya çıxarmalıyıq.
Elə yarandığımız il Beynəlxalq
Karikaturaçılar Təşkilatları
Federasiyasının rəsmi üzvü olduq. Azərbaycanda
bir neçə karikatura sərgisi keçirtdik. Beynəlxalq Karikaturaçılar
Təşkilatları Federasiyasına üzv olmaq bizə
beynəlxalq müsabiqələrə çıxmaq imkanı
verdi. Ötən illər ərzində 100-dən çox
beynəlxalq müsabiqələrə təşkilat olaraq
qatılmışıq və təkcə keçən il
50-dən çox ali mükafata sahib olmuşuq. Mən
özüm dünyanın müxtəlif
ölkələrində keçirilən beynəlxalq
müsabiqə və sərgilərin münsiflər
heyətinin üzvü olmuşam. Rəssam kimi iştirak
etdiyim beynəlxalq müsabiqələrdə 5-i qızıl
olmaqla 15 xüsusi mükafat qazanmışam.
Sırf karikatura sənətindən bəhs edən "Biz
və karikatura" jurnalını çap etdiririk. Birlik
olaraq qarşımıza qoyduğumuz
məqsədlərdən birincisi gənclərin bu
sahəyə marağını artırmaq.
Gələcəkdə Azərbaycanı intellektual
səviyyədə güclü, rəssamlıq
baxımından peşəkar karikaturaçılarla təmin
etməkdir. Rəssamlarımızın əsərlərini
dünyanın bir çox ölkələrində
buraxılmış kitab-kataloqlarda yerləşdirilməsi
artıq adi hadisəyə çevrilib. Artıq ikinci ildir ki,
karikatura saytımız fəaliyyət göstərir.
Gərgin iş
İndi demək olar ki, istirahət etməyə vaxt
tapmıram. Beynəlxalq sərgilərə hazırlıq,
birliyimizin iş prosesi, elmi işlərim... Tez-tez xarici
səfərlərə getməli oluram. Əgər
istirahət demək olarsa, qəribə gəlməsin
karikatura tarixi üzrə tədqiqat və arxiv
işlərinə ayırdığım vaxtlarda
yorğunluğum üzə çıxır. Bilmirəm,
bəlkə də bu uşaqlıq arzum olan
tarixçi-tədqiqatçı peşəsi ilə
bağlıdır. 2005-ci ildən "Karikaturanın
inkişafı" adlı elmi iş üzərində
çalışıram. Karikatura sahəsində 5 kitab
müəllifiyəm.
"Azərbaycan karikatura məktəbi" adlı kitabla
əlaqədar materiallar üzərində araşdırma
apardıqca yeni-yeni faktlar üzə çıxır.
Məlum olur ki, bizim karikatura tariximiz o qədər zəngindir
ki, mən kitabın həcmini nəzərdə tutduğumdan
xeyli böyük olacaq. Təsəvvür edin ki, "Molla
Nəsrəddin" jurnalında Yusif Vəzir Çəmənzəminli
kimi yazıçımızın ideya müəllifi
olduğu karikaturalar çəkilib. Əvvəllər hesab
edirdilər ki, çar Rusiyası dövründə bizdə
20 satirik jurnal olub. Amma indi tədqiqatlar bu sayı 30-a
yaxınlaşdırıb. Hüseyn Əliyev
biz onu rəngkar rəssam kimi tanımışıq amma o, 17
yaşında Mirzə Cəlillə, Əzim Əzimzadə
ilə "Molla Nəsrəddin"də çiyin-çiyinə
çalışıb və gözəl karikaturalar çəkib.
100 illik karikatura sənətimiz dağınıq
şəkildə olduğu üçün onun tarixini
tədqiq etməyə, işıq üzü
görməmiş rəsmləri üzə
çıxarmağa və onu tam elmi şəkildə ortaya
qoymağa çalışıram.
Etimadı doğruldacağam
Rəssamlar İttifaqının sədri Fərhad
müəllim təsviri sənət sahəsində
çalışan bir çox rəssamların xidmətini
qiymətləndirmək məqsədilə
Mədəniyyət və Turizm Nazirliyinə təqdimat
göndərmişdi. 2007-ci ilin 15 mayında
karikaturaçı rəssamımız Kirman Abdin
qəfildən zəng etdi ki, "bəs televizorda elan edildi
ki, prezidentin sərəncamıyla Azərbaycan
mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə sənə əməkdar
incəsənət xadimi fəxri adı verilib". Bu,
mənim üçün ən böyük diqqət idi.
İşim ən yüksək fəxri adla
qiymətləndirilib. Bu böyük etimaddır və mən
bu etimadı doğrultmaq üçün
çalışacağam. Dilçi olmaq
istəyən karikaturaçı
Təsviri sənətin içərisində xüsusi yer
tutan karikatura janrında fəaliyyət göstərən
rəssamlar öz qurumlarını da yaradıblar. Bu qurumu karikaturaçı
rəssam Bayram Hacızadə yaratmışdır. Karikatura
janrı Azərbaycanda 100 illik tarixə malikdır.
Əməkdar incəsənət xadimi, Azərbaycan
Karikaturaçılar Birliyinin sədri, rəssam Bayram
Hacızadənin karikaturamızın dünəni və bu
günü barədə söhbətini oxuculara təqdim
edirik.
"Sancaq"dan başlanan yol
Ailəmizdə rəssam olmayıb. Valideynlərim filoloq
olublar. Bəlkə buna görə də uşaqlıqda
mən də dilçi olmaq istəmişəm. Sonralarsa
tarixin maraqlı hadisələri tarixçi olmaq istəyini
yaratdı. Rəssamlığa həvəsi isə orta
məktəb müəllimlərim oyadıb. Deyəsən,
çəkdiyim rəsmlərin digər şagirdlərin
əl işlərindən yaxşı
alındığını hiss etmişdilər. Elə
karikaturaya gəlişim də orta məktəb
illərindən başlayıb. 96 saylı məktəbdə
oxuyurdum və 1980-ci ildə çəkdiyim karikatura divar
qəzetində yerləşdirildi. Artıq karikaturaya olan
həvəsim tarixçi olmaq istəyimi də
sıxışdırmışdı. Tezliklə
məktəbimizin satirik divar qəzeti olan
"Sancağ"ın redaktoru oldum. Deyim ki,
məktəbdə qayda-qanunu pozan şagirdləri,
çatışmazlıqları görəndə
bütün bunları aşkarlamaq, sancmaq hissi mənə
hakim kəsilirdi. Təsviri sənətə
marağımı görən atam o dövrdə dünyada
məşhur olan Danimarka karikaturaçı-rəssamı
Bistrupun kitabını mənə hədiyyə etdi. Bistrpup
bir az sovet meyilli karikaturalar çəkirdi. Onun adicə cızmaqaraları
belə dünyanın siyasi proseslərini güclü
şəkildə açıqlamaq gücündə idi.
Bistrup mənə çox təsir etdi.
Səkkizinci sinifdə oxuyanda isə artıq çəkdiyim
karikaturalar Avropa ölkələrində, Əfqanıstanda
keçirilən beynəlxalq müsabiqələrə
göndərilirdi. "Göyərçin",
"Pioner" kimi uşaq jurnallarında da
çıxış edirdim. Köhnə "Pionerlər
evin"də isə Məsmə Ağayevadan rəsm dərsi
alırdım.
Yenə də "Kirpi"
Əzim Əzimzadə adına Dövlət Rəssamlıq
Məktəbinə 1985-ci ildə daxil olanda artıq
karikaturalarım "Kommunist", "Sovet kəndi" kimi
ciddi qəzetlərdə çap olunurdu. 1989-cu ildə
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinə daxil oldum. O
təhsil illərində məşhur "Kirpi" jurnalı
ilə də əməkdaşlığa başladım.
Karikatura konkret hədəfi vurduğu üçün
müəllifə düşmən qazandırır.
"Kirpi" isə o dövrdə əliəyrilərin,
bürokratların qorxduğu, çəkindiyi bir satirik jurnal
idi. 1952-ci ildə nəşrə başlayan "Kirpi" karikatura
janrının inkişafına böyük təsir etdi. Nəcəfqulu, Ziya Kərimbəyli, Adil Elçin,
Vsevolod Ternavski, Həsən Haqverdiyev kimi rəssamların
çəkdiyi karikaturalar öz mənası, dəyəri
ilə yaddaşlara "Kirpi"dən köçdü.
Sonralar Yavər Əsədov, Elturan Avalov, Mirteymur, Rahib
Qədimov kimi rəssamlarımız "Kirpi"
ətrafına yığışmaqla karikaturanı
zənginləşdirdilər. Ötən əsrin 80-ci
illərində mən Seyran Cəfərli, Vəfa Allahyarova,
Gündüz Əlizadə, Bulud Qasımov kimi rəssamlarla
bir yeni nəsil olaraq "Kirpi"də çap olunmağa
başladıq.
Karikaturaçılar birləşin!
Azərbaycan karikaturası zəngin
ənənələrə malikdir. Şərqdə ilk
karikatura nəşri 1906-cı ildə çap olunmuş
"Molla Nəsrəddin"ə məxsusdur. "Kirpi"
jurnalının ətrafında formalaşan böyük bir
nəsil karikaturaçı rəssamlarımız
ənənələri qoruyub-saxlamaq üçün
müəyyən işlər gördülər. Nəhayət, sabitləşən
cəmiyyətimizdə öz sözünü demək, karikatura
janrını inkişaf etdirmək üçün
rəssamlarımız 2006-cı ildə "Azərbaycan
Karikaturaçılar Birliyi"ni yaradaraq orada
birləşdilər və sədr olaraq məni rəhbər
seçdilər. Keçən müddət
ərzində nələrə nail olmuşuq sualı
ətrafında tez-tez düşünürəm. O vaxt fikirləşirdik
ki, 100 ildən artıq karikatura ənənəsinə malik
olmağımızı dünyaya çıxarmalıyıq.
Elə yarandığımız il Beynəlxalq Karikaturaçılar
Təşkilatları Federasiyasının rəsmi üzvü
olduq. Azərbaycanda bir neçə karikatura sərgisi
keçirtdik. Beynəlxalq Karikaturaçılar
Təşkilatları Federasiyasına üzv olmaq bizə
beynəlxalq müsabiqələrə çıxmaq imkanı
verdi. Ötən illər ərzində 100-dən çox beynəlxalq
müsabiqələrə təşkilat olaraq
qatılmışıq və təkcə keçən il
50-dən çox ali mükafata sahib olmuşuq. Mən
özüm dünyanın müxtəlif
ölkələrində keçirilən beynəlxalq
müsabiqə və sərgilərin münsiflər
heyətinin üzvü olmuşam. Rəssam kimi iştirak
etdiyim beynəlxalq müsabiqələrdə 5-i qızıl
olmaqla 15 xüsusi mükafat qazanmışam.
Sırf karikatura sənətindən bəhs edən "Biz
və karikatura" jurnalını çap etdiririk. Birlik
olaraq qarşımıza qoyduğumuz
məqsədlərdən birincisi gənclərin bu
sahəyə marağını artırmaq.
Gələcəkdə Azərbaycanı intellektual
səviyyədə güclü, rəssamlıq
baxımından peşəkar karikaturaçılarla təmin
etməkdir. Rəssamlarımızın əsərlərini
dünyanın bir çox ölkələrində
buraxılmış kitab-kataloqlarda yerləşdirilməsi
artıq adi hadisəyə çevrilib. Artıq ikinci ildir ki,
karikatura saytımız fəaliyyət göstərir.
Gərgin iş
İndi demək olar ki, istirahət etməyə vaxt
tapmıram. Beynəlxalq sərgilərə hazırlıq,
birliyimizin iş prosesi, elmi işlərim... Tez-tez xarici
səfərlərə getməli oluram. Əgər
istirahət demək olarsa, qəribə gəlməsin
karikatura tarixi üzrə tədqiqat və arxiv
işlərinə ayırdığım vaxtlarda
yorğunluğum üzə çıxır. Bilmirəm,
bəlkə də bu uşaqlıq arzum olan
tarixçi-tədqiqatçı peşəsi ilə
bağlıdır. 2005-ci ildən "Karikaturanın
inkişafı" adlı elmi iş üzərində
çalışıram. Karikatura sahəsində 5 kitab
müəllifiyəm.
"Azərbaycan karikatura məktəbi" adlı kitabla
əlaqədar materiallar üzərində araşdırma
apardıqca yeni-yeni faktlar üzə çıxır.
Məlum olur ki, bizim karikatura tariximiz o qədər zəngindir
ki, mən kitabın həcmini nəzərdə tutduğumdan
xeyli böyük olacaq. Təsəvvür edin ki, "Molla
Nəsrəddin" jurnalında Yusif Vəzir
Çəmənzəminli kimi yazıçımızın
ideya müəllifi olduğu karikaturalar çəkilib.
Əvvəllər hesab edirdilər ki, çar Rusiyası
dövründə bizdə 20 satirik jurnal olub. Amma indi
tədqiqatlar bu sayı 30-a yaxınlaşdırıb. Hüseyn Əliyev biz onu rəngkar rəssam kimi
tanımışıq amma o, 17 yaşında Mirzə
Cəlillə, Əzim Əzimzadə ilə "Molla
Nəsrəddin"də çiyin-çiyinə
çalışıb və gözəl karikaturalar
çəkib.
100 illik karikatura sənətimiz dağınıq
şəkildə olduğu üçün onun tarixini
tədqiq etməyə, işıq üzü
görməmiş rəsmləri üzə
çıxarmağa və onu tam elmi şəkildə ortaya
qoymağa çalışıram.
Etimadı doğruldacağam
Rəssamlar İttifaqının sədri Fərhad
müəllim təsviri sənət sahəsində
çalışan bir çox rəssamların xidmətini
qiymətləndirmək məqsədilə
Mədəniyyət və Turizm Nazirliyinə təqdimat
göndərmişdi. 2007-ci ilin 15 mayında karikaturaçı
rəssamımız Kirman Abdin qəfildən zəng etdi
ki, "bəs televizorda elan edildi ki, prezidentin
sərəncamıyla Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə
sənə əməkdar incəsənət xadimi fəxri
adı verilib". Bu, mənim üçün ən
böyük diqqət idi. İşim ən yüksək
fəxri adla qiymətləndirilib. Bu böyük etimaddır
və mən bu etimadı doğrultmaq üçün
çalışacağam.
Xalq cəhbəsi.- 2008.- 12 iyun.- S. 10.