Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. Azərbaycan Respublikası hökuməti ilə
Səudiyyə Ərəbistanı Krallığı
hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya,
texnika, mədəniyyət, idman və gənclik
sahələrində əməkdaşlıq üzrə
Müştərək Komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibi
aşağıdakı heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Natiq Əliyev - Azərbaycan Respublikasının
sənaye və energetika naziri
Füzuli Ələkbərov - Azərbaycan
Respublikasının
əmək və əhalinin sosial müdafiəsi naziri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Azər Bayramov - Azərbaycan Respublikası
maliyyə nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası
iqtisadi inkişaf nazirinin müavini
Bəhram Əliyev - Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin müavini
Ədalət Vəliyev - Azərbaycan Respublikası
mədəniyyət
və turizm nazirinin müavini
İsgəndər İsgəndərov - Azərbaycan
Respublikası təhsil
nazirinin müavini
Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə
nazirinin müavini
İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə
və
informasiya texnologiyaları nazirinin müavini
İntiqam Babayev - Azərbaycan Respublikası gənclər
və idman nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi sədrinin birinci müavini
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti
Arif Məmmədov - Azərbaycan Respublikası Dövlət
Mülki Aviasiya Administrasiyasının direktoru
Vadim Xubanov - Azərbaycan Respublikası Milli
Bankının İdarə Heyəti sədrinin müavini
Arif Həşimov - Azərbaycan Milli Elmlər
Akademiyasının birinci vitse-prezidenti
Tofiq Abdullayev - Azərbaycan Respublikasının Səudiyyə
Ərəbistanı Krallığındakı
fövqəladə və səlahiyyətli səfiri
Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının xarici iqtisadi
əlaqələr şöbəsinin müdiri (məsul katib)
2. "Azərbaycan Respublikası hökuməti
ilə Səudiyyə
Ərəbistanı Krallığı
hökuməti arasında
iqtisadiyyat, ticarət,
investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq
üzrə Müştərək
Komissiyanın Azərbaycan
Respublikası tərəfi
tərkibinin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
aprel tarixli 400 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000-ci il, N 4 (II kitab),
maddə 303) 1-ci bəndi
qüvvədən düşmüş
hesab edilsin.
3. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan.- 2008.- 12 iyun.- S. 2.