Azərbaycanın mədəniyyəti, incəsənəti Qərb ictimaiyyətinə
çatdırılır
Britaniyada fəaliyyət
göstərən "Odlar Yurdu" cəmiyyətinin
təşkilatçılığı ilə London Universitetinin nüfuzlu Şərq və Afrika Tədqiqatları İnstitutunda
"Azərbaycan: keçmişi, bugünü,
gələcəyi" mövzusunda sərgi açılmışdır.
Səfirliyin
dəstəyi ilə keçirilən tədbirin açılış mərasimində diplomatik korpusun üzvləri, universitetin müəllim-tələbə heyəti, ölkənin tədqiqat
mərkəzlərinin və akademik dairələrinin nümayəndələri iştirak
etmişlər.
Sərginin keçirildiyi
salonda Azərbaycanın qədim və
yeni tarixi, mədəniyyəti,
incəsənəti, iqtisadiyyatı ilə bağlı məlumat və fotoşəkillərdən
ibarət, eləcə də, ölkəmizə
qarşı erməni
təcavüzünü
və Qarabağın tarixini əks etdirən xüsusi stendlər düzülmüşdür.
Bundan əlavə, ekspozisiya ilə bağlı xüsusi kataloq hazırlanmışdır.
Tədbirdə Azərbaycan haqqında videofilm göstərilmiş, sonra isə ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov
çıxış
etmişdir. Səfir
Azərbaycanın tarixi, mədəniyyəti,
incəsənəti, ədəbiyyatı, müasir dövrdə həyata keçirilən siyasi xətti haqqında məlumat vermiş, sərginin ölkəmiz haqqında həqiqətlərinin Qərb ictimaiyyətinə çatdırılmasında
əhəmiyyətini vurğulamış, "Odlar Yurdu" təşkilatına təşəkkürünü bildirmişdir.
Bir ay davam edəcək sərgi SOAS kimi nüfuzlu elmi-tədqiqat və ali tədris ocağında keçirilən bu tipli
ilk tədbirdir.
Səs.- 2008.- 7 iyun.- S. 12.