Alp dağlarının ən uca zirvəsi Monblanda ümummilli lider Heydər Əliyevin barelyefi Azərbaycanın bayrağı quraşdırılmışdır

 

Alpinistlərin ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş beynəlxalq yürüşü davam edir.
Yürüş çərçivəsində alpinistlər ilk dəfə olaraq Alp dağlarında hündürlüyü 4810 metr olan Monblan zirvəsini fəth edərək orada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefini Azərbaycan bayrağını quraşdırmışlar. Hava şəraitinin kəskinliyi qarın çoxluğuna baxmayaraq, alpinistlər yürüşü davam etdirmək niyyətindədirlər.
Monblan alpinistlərimizin fəth etdiyi dördüncü zirvədir. Layihə çərçivəsində alpinistlər Slovakiyada Tatra, Rusiyada Elbrus, Gürcüstanda Kazbek dağlarını fəth etməyi planlaşdırırlar.

 

Azərbaycan.- 2008.- 25 iyun.- S. 4.