Azərbaycan xalqının
ümummilli liderı Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq alpinist yürüşü İranda
Savalan dağının
zirvəsinin fəthi ilə başa çatmışdır.
Yürüşün rəhbəri
Saridan Mursaqulov demişdir ki, ulu öndərin barelyefini və Azərbaycanın dövlət
bayrağını Savalan
dağının ən
uca zirvəsindəki qaya üzərində asmışıq. Yürüşdə
Azərbaycan alpinistləri
Faiq Mursaqulov, Etibar Məmmədov, Emil Təhməzov, Gülağa Süleymanov və mənimlə birlikdə təbrizli alpinist Nasir Camal Səfayi də iştirak etmişdir.
Yolumuz Türkiyədə
Ağrıdağadır. Komandamız
Savalan dağının
zirvəsindən xalqımızı
salamlayır.
Xalq qəzeti.- 2008.- 8 iyun.- S. 2.