Qaradağda Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirilmişdir
İyunun 14-də Milli
Qurtuluş Günü münasibətilə Qaradağ rayonunun
Lökbatan qəsəbəsində ulu öndərin
adını daşıyan parkda Heydər Əliyevin
abidəsinin açılışı olmuşdur.
Abidənin
üzərindəki ağ örtük
götürüldükdən sonra onun qarşısına
əklillər və gül dəstələri qoyulmuşdur.
Açılış
mərasimində çıxış edən Qaradağ Rayon
İcra Hakimiyyətinin başçısı Hüseyn
İsrafilov, Milli Məclisin deputatı Mixail Zabelin və
digər natiqlər ümummilli lider Heydər Əliyevin
şərəfli ömür yolundan, Azərbaycan xalqı
qarşısındakı əvəzsiz xidmətlərindən
söz açmışdır.
Sonra mərasim
iştirakçıları 2 hektara yaxın ərazini
əhatə edən parkda yeni inşa edilmiş Heydər
Əliyev muzeyi ilə yaxından tanış olmuşlar. Təxminən 200 kvadratmetr
ərazini əhatə
edən bu muzeydə ümummilli liderin 250-dən artıq fotoşəkli və onun haqqında
yazılmış 300-dən
çox kitab yer almışdır. Bundan sonra muzeyə
üz tutan hər bir gənc
dahi şəxsiyyətlə
bağlı geniş məlumat əldə edə biləcəkdir.
Sonda YAP Qaradağ rayon təşkilatının
əsaslı təmir
edilmiş inzibati binasının açılışı
olmuşdur.
Tədbirdə
çıxış edən YAP sədrinin müavini-icra katibi,
Milli Məclisin deputatı Əli Əhmədov mərasim
iştirakçılarını 15 iyun - Milli Qurtuluş
Günü münasibətilə təbrik edərək
bildirmişdir ki, əsaslı təmirdən sonra
istifadəyə verilən bu bina təşkilatın
fəaliyyətinin daha da genişlənməsinə və
qarşıdan gələn prezident seçkilərində
partiya üzvlərinin fəal iştirakına təkan
verəcəkdir.
Əli Əhmədov
vurğulamışdır ki, bu il ölkəmizdə prezident
seçkiləri keçiriləcəkdir. Bu seçkilərdə də xalqımız öz səsini İlham Əliyevə verəcəkdir. Bununla da hər bir
kəs özünün,
ailəsinin və övladının etibarlı,
təminatlı gələcəyinə
səs vermiş olacaqdır.
Azərbaycan.- 2008.- 15 iyun.- S. 2.